Nazirlik əməkdar artisti mükafatlandırdı
Tarix: 02-07-2015 | Saat: 22:28
Bölmə:M / Karusel / Gündəm / M2 | çapa göndər
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Rahib Əliyevi mükafatlandırıb.
Xeberaz.az nazirliyin saytına istinadən xəbər verir ki, aktyor mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə və anadan olmasının 70 illiyi münasibətilə təltif olunub.
Qeyd edək ki, Rahib Seyidağa oğlu Əliyev 1945-ci il iyulun 12-də Bakı şəhərində anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsini bitirib. Hələ institutda oxuyarkən 1967-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunub və bu günədək fasiləsiz olaraq həmin teatrda çalışır. Teatrın səhnəsində 70-dən artıq müxtəlif səpkili obraz yaradan aktyor tamaşaçı rəğbəti qazanıb.
Cəbi ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Aşıq ("Yolda", Hüseyn Arif), Mirzə Salman ("Mahmud və Məryəm", Elçin), Hərbi geyimli ("Mənim ağ göyərçinim" Tamara Vəliyeva), Molla Xudaverdi, Kərəmli ("Hacı Qara", Mirzə Fətəli Axundzsadə), Fərəcov ("Sən həmişə mənimləsən", İlyas Əfəndiyev), Ancelo ("Səhvlər komediyası", Vilyam Şekspir) kimi obrazlar aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.
Azərbaycan teatr sənətinin inkişafında xidmətlərinə görə 2006-cı ildə əməkdar artist fəxri adına, 2014-cü ildə Prezident mükafatına layiq görülüb.
Xəbəri paylaş
6158 dəfə oxunub.
Digər xəbərlər

12-08-2017, 09:31
Ramil Quliyev qızıl medalını aldı
25-02-2019, 18:51
Dövlətdən çoxuşaqlı ailələrə dəstək
7-12-2020, 16:27
Köçkünlər geri qayıdır: Bakıda evlər ucuzlaşacaq?
30-06-2023, 09:58
Azərbaycanda 13 milyon manatlıq narkotik ələ keçirildi - Saxlanılanlar var - VİDEO - FOTO
31-05-2018, 15:52
Bakı Apellyasiya Məhkəməsinin hakimi VƏFAT ETDİ
7-05-2015, 20:23
Sabah Azərbaycanda avtomobillərin hərəkətinin məhdudlaşdırılacağı yollar açıqlanıb.
7-05-2018, 12:08
“Bozbash pictures”də yenidən toydur
6-09-2017, 20:34
“Sihirli annem”in balaca qəhrəmanını bir də indi görün -FOTO
4-05-2016, 12:05
Putin üçün Yutubda 9 May “hədiyyəsi” - Video
10-09-2019, 11:12
Atadan DƏHŞƏTLİ ƏMƏL: Qızının əxlaqsızlıq etdiyini öyrənib təcili Bakıya gəldi və....