Arvadını və dörd qızını öldürən manyak-qatil ilk və ən böyük cəzasını aldı-FOTO
Tarix: 09-12-2017 | Saat: 13:37
Bölmə:M / Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər
Salyanda 2014-cü ilin mart ayında həyat yoldaşı Mehparə Əliyevanı və dörd qızını xüsusi amansızlıqla qətlə yetirərək cəsədlərini yataq otağının zirzəmisində gizlətmiş manyak-qatil ilk və ən ağır cəzasını alıb.
Xəbəraz.Az xəbər verir ki, virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, bu dünyada olduğu kimi, o dünyada da yaş sırası ilə analarının “yanına sığınmış” dörd qızın məzar nişanlarına atalarının əvəzinə əzabkeş anaları Mehparənin adı və qızlıq soyadı yazılıb. Əslində bu, günahsız qətlə yetirilən ana və dörd qızın onları öldürən “ailə başçısından” aldıqları ən böyük qisasdır...
Fakta bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.1. (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Dünən Salyan Rayon Məhkəməsində cinayəti törətməkdə şübhəli bilinən 63 yaşlı Fərhad Əliyev və cinayəti törətməkdə atasına yardım etməkdə şübhəli bilinən 28 yaşlı oğlu Fəqan Əliyev barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.
Bu gün isə hər iki təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına köçürülüb.
Xəbəri paylaş
1 6398 dəfə oxunub.
Digər xəbərlər

25-09-2016, 19:26
Göygöldə toy yasa döndü: ölən və yaralananlar var - FOTO
19-11-2015, 13:52
Nitqi müxtəlif dillərə tərcümə edən meqafon yaradıldı
17-12-2022, 12:38
Ana və iki körpəsi dəm qazından zəhərləndilər
27-11-2015, 15:32
Goranboyda dəhşətli qəza: 4 nəfər ölüb
28-09-2022, 10:48
Bütün növ pensiyalar bu tarixdən ARTIRILACAQ - RƏSMİ
21-04-2016, 17:11
Bakıda satılan kolbasada at əti aşkarlandı – FOTO
29-07-2017, 22:39
"Lider"in aparıcısının toyu oldu - FOTO
23-05-2017, 12:46
Abituriyentlərə şad xəbər: müddət uzadıldı
2-03-2016, 16:23
Əli Mirəliyevdən daha bir ŞOK : "Dəfndən qayıdanda gördük ki..."
11-05-2015, 17:37
Dənizkənarı Milli Parkda.İlk Avropa Oyunlarının rəsmi mağazasının açılışı olub - FOTO