Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ana və 4 qızının qətli ilə bağlı yeni detay: Ayrı-ayrı vaxtlarda öldürülüblər (YENİLƏNDİ)
Tarix: 08-12-2017 | Saat: 17:50
Bölmə:M / Karusel / Gündəm / Hadisə | çapa göndər

Ana və 4 qızının qətli ilə bağlı ŞOK XƏBƏR: Ayrı-ayrı vaxtlarda öldürülüblər
Salyan rayonunda Mehparə Əliyeva və 4 qızının ailə başçısı Fərhad Əliyev tərəfindən öldürülməsi hadisəsi ilə bağlı yeni təfərrüat məlum olub.
Aparılan tibbi ekspertiza nəticəsində qətlə yetirilən beş nəfərin eyni gündə deyil, ayrı-ayrı vaxtlarda öldürüldüyü üzə çıxıb. (report)
***
Salyanda ailə başçısı Fərhad Əliyev tərəfindən öldürülən Mehparə Əliyeva və qızlarının meyitləri bu gün yaxınlarına təhvil verilib. M.Əliyevanın qohumların qətlə bağlı müxtəlif fikirlər səsləndiriblər. Onlar hesab edirlər ki, ana və dörd qızını F.Əliyev tək qətlə yetirməyib, cinayətdə digər şəxslər də iştirak ediblər.
Fərhad Əliyevin qardaşı oğlu Vüsal Əliyev onların qətldə ittiham olunmasına münasibət bildirib.
V.Əliyev AzVision.az-a bildirib ki, dünənədək onların belə bir qətlin baş verməsindən xəbərləri olmayıb.
“Bizim xəbərimiz olmayıb. Polislər gələndən sonra bildik ki, qətli əmim və oğlu törədib. Mehparənin qohumları nə danışdıqlarını bilmirlər. Bizim əminim ailəsi ilə əlaqəmiz olmayıb, onların evlərində nə baş verib, xəbərimiz olmayıb. Kim istəyərdi ki, belə faciə olsun! Biz özümüz də pis gündəyik. Hadisənin nə üstündə olduğunu da bilmirik. Hələ də özümüzə gələ bilməmişik. Qətli necə törədiblərsə, çölə səs çıxmayıb. Səs olsaydı, hamımızın xəbəri olardı. Biz onlardan 30 metr aralıda yaşayırıq”.
V.Əliyev qətlə yetirilən Mehparə Əliyevanın qohumlarından narazılığını bildirib. Deyib ki, onlar sağlığında M.Əliyevanı itirib-axtarmayıblar.
“Onlar əmimgilin qapısını bir dəfə də olsun açmayıblar. Burada hər kəs məni tanıyır, məşədiyəm. Onlara da çox köməyim dəyib. Çətində olanda kömək əlimi uzatmışam. Heç bir sübut olmadan bizi ittiham etmək lazım deyil. Biz də bilirik ki, bu işdə əmim tək olmayıb. Oğlu ilə birikdə edib. Əmim polisə deyib ki, arvadını və qızlarını özü öldürüb. Fəqan isə qətl hadisəsinin atası yox, onun tərəfindən törədildiyini deyib. Hazırda istintaq davam edir”.
Qeyd edək ki, 2014-cü ildə Salyanda baş vermiş dəhşətli qətlin üstü 3 ildən sonra açılıb. Salyan şəhərinin "Zavod" məhəlləsində yaşayan itkin düşdüyü deyilən Mehparə Əliyeva və dörd qızı - İradə, Rəqibə, Sevda və Ümidənin ailə başçısı Fərhad Əliyev tərəfindən qətlə yetirildiyi məlum olub.



Xəbəri paylaş

5708 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___