Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan futbolunda BİABIRÇILIQ: "Neftçi"yə oyun satan futbolçular saxlanıldı - FOTOLAR
Tarix: 30-11-2017 | Saat: 10:53
Bölmə:M / Karusel / Gündəm / İdman / Foto-fakt | çapa göndər

Azərbaycanda iki məşhur futbolçu HƏBS OLUNDU - ŞOK FAKTLAR
Azərbaycan Premyer Liqasında çıxış edən "Keşlə" klubunun iki futbolçusu saxlanılıb.
 
Xəbəraz.Az-ın report-a istinadən xəbərinə görə, paytaxt klubunun prezidenti Zaur Axundov məlumat verib.
 
O bildirib ki, Nizami Hacıyev və Mirhüseyn Seyidov danışılmış oyunlarda şübhəli bilindikləri üçün saxlanılıblar.
 
Klub rəhbərinin sözlərinə görə, belə bir tədbir Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilən dəyişikliklərə uyğun olaraq görülüb: “Hər ikisi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hadisə barədə dünən axşam xəbər tutmuşuq. Onların harada saxlanıldıqlarını bilmirik. Əlavə məlumat olan kimi mətbuata bildirəcəyik. Biz tərəfdən hüquq-mühafizə orqanlarına heç bir müraciət olunmayıb. Bu, sırf hüquq-mühafizə orqanlarının tədbridir. Günahları sübuta yetirilsə, cəzalanacaqlar. Günahsız olsalar, futbolçu karyeralarını davam etdirəcəklər. Bu məsələ təsdiqini tapsa, Azərbaycan futbolu üçün böyük ləkə olacaq”.
 
 
**
10:05
Premyer Liqanın XIII turu çərçivəsində baş tutan “Neftçi”-“Keşlə” oyunu böyük qalmaqala səbəb olub. Meydan sahiblərinin 3:1 hesabı ilə qalib gəldiyi matçda qonaqların könüllü təslim olmasına dair ehtimallar təsdiqini tapır.
 
Bu oyun yüksək səviyyədə araşdırılır və ilk addımlar atılıb. Belə ki, dünən “Keşlə”nin baş məşqçisi Ramiz Məmmədovun 2 futbolçunun – Nizami Hacıyev və Mirhüseyn Seyidovun komandadan uzaqlaşdırılması haqda açıqlamasından bir neçə saat sonra şok hadisə baş verib. Axşamüstü hər iki futbolçu müvafiq orqanlar tərəfindən saxlanılıb və hazırda dəmir barmaqlıqlar arxasındadılar.
 
Görünür, “Neftçi” ilə oyundan sonra Ramiz Məmmədovun “səbəbləri açıqlasam, böyük partlayış ola bilər” sözləri təsadüfi deyilmiş. Sən demə, “Keşlə”nin çalışdırıcı olaylardan xəbərdar imiş. O, komandanın əksər oyunçularının bilərəkdən uduzduğunu meydanda sərgilədikləri futbola görə hiss edibmiş. “Neftçi” ilə matçdan öncə məşqçi olayların belə axar alacağından duyuq düşübmüş. Amma mümkün məğlubiyyətin məsuliyyəti altında qalmamaq üçün həmin futbolçuları meydana buraxıb və şübhələri doğrulub.
 
Məlumata görə, “Neftçi ilə oyunda start heyətdə meydana daxil olan futbolçuların böyük əksəriyyəti bu plana qulluq edirmiş. Sən demə, futbolçular Orxan Sadıqlı, Sertan Taşkın, Adrian Skarlatake və Pərdis Fərcad-Azaddan başqa bütün futbolçular könüllü məğlubiyyətə razılaşıb. Düzdü, bəziləri plana qoşulmayıb, amma adlarını çəkdiklərimiz kimi, etiraz da etməyiblər.
 
Baş rolda “Neftçi” ilə müqavilə bağlamağa hazırlaşan Hacıyev və futbolçular üzərində gizli hökmranlığı olan Seyidov olub. İlk olaraq, komandadan bu futbolçuların qovulması və hüquq-mühafizə orqanları tərəfindən məhz onların saxlanılması da təsadüfi deyil. Yaxın günlərdə bu işdə əli olan digər futbolçuları da eyni aqibət gözləyir.
 
Bəs, bu könüllü təslimçiliyin səbəbi nədir? Bildiyimizə görə, ortada bukmeker kontorları ilə işbirliyi yoxdu. Sadəcə, futbolçular hansısa məbləğ qarşılığında bu addımı atıblar. Bəs, həmin pulu kim verib? Dəqiq informasiyamız olmadığı üçün ad yazmağımız doğru deyil. 
 
İstənilən halda, oyunun hansısa məbləğ qarşılığında verilməsi varsa, həmin vəsaiti təmin edən insanlar da olmalıdı. Onları tapmaq isə artıq müvafiq orqanların işidi. Güman ki, Mirhüseynlə Nizaminin dünən saxlanılması və dindirilməsindən sonra əsas günahkarları da tanıyacağıq. Bildiyimizə görə, söhbət heç də fantastik məbləğdən getmir, 5-10 min dollarlıq söhbətdi. “Keşlə”dən vaxtlı-vaxtında maaşını ala bilməyən futbolçular bu addımı atmaqla özlərinə gün ağlamağa çalışıblar.
 
Vəziyyət o qədər ciddidi ki, Seyidov kimi arxalı, yuxarı dairələrdə dayaqları olan futbolçunu da qorumaq mümkün olmayıb. Əldə təkzibolunmaz sübutlar olduğu deyilir.
 
Bu qalmaqal heç də yalnız “Neftçi” ilə oyunla bağlı deyil. “Keşlə”nin ardıcıl 7 məğlubiyyəti təsadüfi deyilmiş və daha bir neçə matçla bağlı şübhələr var. Araşdırma davam edir.  






Xəbəri paylaş

6338 dəfə oxunub.

Digər xəbərlər
6-05-2021, 13:15 Sabah yağış yağacaq

bütün xəbərlər
____ Instagram ___