Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Heydər Əliyev adına Liseydə gənc direktorun hegemonluğu...
Tarix: 28-11-2017 | Saat: 07:50
Bölmə:M / Karusel / Gündəm / Təhsil | çapa göndər



1520 şagirddən hər ay 5manat da yığılır!

Redaksiyamızın Elektron ünvanına ilginc faktlarla dolu müraciət daxil olmuşdur. 2010-cu ildən bu təhsil ocağına 16saat dərs təyin edilməklə İngilis-dili fənnini tədris etmək üçün qəbul edilən Sevinc Məhərrəmova çox keçmir ki, əsassız və qərəzli münasibətdən doğan, 11noyabr 2016--cı il tarixindən buraya direktor təyin edilən 31 yaşlı Sevinc Orucovanın "qara siyahısı"-na tuş gəlmişdir. Bunun baş verməsi isə indi qeyd edəcəyim situasiyadan qaynaqlanıb. Belə ki, liseyin digər bir müəllimi, Natəvan Daşdəmirovanın çıxarılması üçün "tələ" hazırlayan gənc direktor, tabeçiliyindəki müəllimlərə imza toplamaqçün tərtib elətdirdiyi Akt-a növbə ilə İmza atdırmağa başlamışdır. Ən nəhayət bu "torba tikmə"-yə söykənən Akta qol çəkmək növbəsi Sevinc Məhərrəmovaya çatanda, sonuncu buna qol qoymamış, bundan da bərk qəzəblənən gənc rəhbər Sevinc Orucova ,adaşı Sevinc Məhərrəmovanı da qara siyahıya almaq qərarına gəlir. Amma bu dəfə biraz fərqli şəkildə. Daha dəqiq, yeni 2017-2018-ci il üçün olan tədris ilinin başlanğıcında Sevinc Məhərrəmovaya təyin edilmiş aylıq 16saat dərsi əsassız olaraq birbaşa 7saata endirməklə Mühasıbatlığa da bu barədə müvafiq tapşırıqlarını vermişdir. Bizimlə məktəbin həyətində müsahibə zamanı aylıq məvacibinin 377manatdan 95 manata endirildiyini bildirən Sevinc müəllimə, bunu 14illik pedoqoji fəaliyyətinə hörmətsizlik və şəxsi ambisiya kimi hesab edir. Xəbəraz.az olaraq bu baş verənlərə aydınlıq gətirmək üçün bir daha bu sözü gedən Təhsil ocağına üz tutsaq da, qapı ağzında keşik çəkən Riyad Mühafizə Xidmətinin uniforması geymiş 2nəfər şəxs bizim içəri daxil olmağımıza maneə törətdi.İlk öncə Direktorun orada olmamasını bizə bildirsə də Təhsil Nazirliyinin sözçüsü Cəsarət müəllimə telefon əlaqəsindən bu baş verənləri ona çatdırdıqdan sonra bizə başqa bir variant işlədib bucür dedilər: "Xəyyam müəllim, siz email ünvanınızı deyin məktəb rəhbərliyinə, onlar da sizə cavab yazarlar." Çox maraqlı və uşaq başıaldadılmağı açıq-aydın özündə biruzə verən bu cür variant bizimçün keçərsiz oldu. Belə ki, zərərçəkmiş Sevinc Məhərrəmovanın tədris etdiyi fənn üzrə olan 16saatın 7saata endirilməsini təsdiq efən hər hansı bir əmri göstərə bilməyəcəyindən ehtiyat edən direktor Sevinc müəllimə bizi qəbul etməkdən açıq-aydınca ifşa ediləcəyindən ehtiyat elədi. Bu isə , onu deməyə əsas verdi ki, bu dərs saatazalması ilə bağlı heç bir müvafiq rəsmi sənəd yoxdur! Və çox təəssüf ki, bu da adaş olan İki Sevinc müəllimə arasında baş verən Şəxsi ambisiya hərəkətlərindən başqa bir şey deyildir!
Araşdırma zamanı hətta digər bir acınacaqlı faktın da burada baş verdiyindən məlumatlı olduq.Belə ki, 2016-2017-ci il üzrə olan dərs-tədris ilinin sonunda daha dəqiq may ayının məvacibindən hər müəllimdən Yay tətilində məktəb binasının təmiri üçün 200 manat pul yığılmasını da bildirdilər.
Videomüsahibə zamanı kameramıza maraq göstərib mikrafon qarşısına gələn Litsey şagirdlərinin bir çoxu da maraqlı acınacaqlı bir açıqlamaları ilə yadda qaldı. Sən demə , burada təhsil alan bir çox şagirdlərin də danışmaqçün sinələri dolu imiş. Belə ki, sorğu zamanı bizə açıqlama verən ayrı-ayrı siniflərdən olan bir qrup şagird, sinif rəhbərlərinin də adını açıqlamaqla hər ay onlara nə az nə çox, düz beş manat fondpulu da ödəyirmişlər. Bu ödənişin isə onlardan təmir məqsədilə alındığı bildirildi. İndi təsəvvür edin bu təhsil ocağında təhsil alan 1500şagird sayını 5manata vurmaqla alınan 7500manatı da 9 təqvim ayına yəni, dərs ilinə vursaq düz 67min500manat pul edir.İnanırıq ki, bu baş verənlərə dair Təhsil naziri cənab Mikayıl Cabbarov, tərəfimizdən aparılan jurnalist araşdırmasına bir daha qüvvət əlaməti olaraq şəxsi nəzarətinə götürərək bir həyəcan siqnalının çalınmasına göstəriş verəcəkdir! Sonda isə onu bir daha xüsusi qeyd etmək yerinə düşər ki, Dövlət başçımız cənab İlham Əliyevin söylədiyi bir fikir vardır: Mətbuat, mənim işimdə mənə yaxından kömək edir,mənə məlumatlar çatdırır"!
Mövzunu diqqətdə saxlayırıq, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq!


Xəbəri paylaş

4 0818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___