Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
DİQQƏT:Azərbaycanda xərçəng xəstəliyi artır - Hər gün 500 uşaq...
Tarix: 24-11-2017 | Saat: 16:41
Bölmə:M / Filmlər / Səhiyyə | çapa göndər


Azərbaycanda hər gün 500 uşaq Milli Onkologiya Mərkəzinə müraciət edir. Bu uşaqların 30%-nə xərçəng diaqnozu qoyulur. Bu da bir ay üçün 4500 uşaq deməkdir.
Uşaqlarda onkoloji problemlərin yaranması məsələsi ilə bağlı açıqlama verən onkoloq Rəna Niftəliyeva bildirib ki, dünya statistikasına görə isə hər il 200 min uşaq onkoloji xəstəliyə tutulur və onun 50%-i ölümlə nəticələnir:
“Uşaqlarda şiş xəstəliklərinin yaranması ekologiya və qidalanma ilə əlaqələndirilir və qeyd olunan qruplara bölünür:
Embrional şişlər – uşağın ana bətnində inkişafı zamanı hüceyrələrin normal bölünməsi pozulur. Şiş hüceyrələrinə başlanğıc verən hüceyrələr yaranır. İnkişaf pozğunluğunun rüşeymi uşaq ana bətnində olan zaman qoyulur. Buna ananın qidalanması, spirtli içki alıb-almaması, ana bətnində uşağın keçirtdiyi infeksiyalar səbəb ola bilər.
Yuvenil şişlər – normal inkişaf etmiş hüceyrələrin şiş hüceyrələrinə çevrilməsi nəticəsində yaranır. Beyin, sümük şişləri bura aid edilir. Uşaqlarda əmələ gələn şiş xəstəliklərinin əksəriyyəti qan yaranma sistemində inkişaf edən şişlərdir.
Uşaqlarda böyüklərdə olan xərçəng tipli şişlərə də rast gəlinir. Məsələn, böyüklərdə olduğu onlarda da qaraciyər, burun-udlaq və dəri xərçəngi yaranır. Şiş xəstəliyinin müailicəsi onun vaxtında aşkarlanmasıdır. Uşaqlarda hər hansı bir narahatçılıq meydana gələrsə, onları müayinədən keçirmək lazımdır. Vaxtında müdaxilə müalicənin uğurlu nəticələnməsinə səbəb olur”.


Xəbəri paylaş

9318 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___