Qriplə bağlı Səhiyyə Nazirliyindən AÇIQLAMA
Tarix: 23-11-2017 | Saat: 11:49
Bölmə:M / Karusel / Səhiyyə | çapa göndər
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il Azərbaycanda kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsi 11 faizədək azalıb.
Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, laborator müayinələr zamanı bu ilki payız-qış mövsümü ərzində Azərbaycanda qripə yoluxma faktının olduğu təsdiqlənməyib.
A.Əliyeva qeyd edib ki, indiyədək 45 xəstədən laborator analizlər üçün müayinə materialı götürülüb:
“Bu ilki mövsümdə ağır xəstələr olmayıb, tək-tək hallarda laborator müayinələr götürülüb. Müayinələr Respublika Taun Əleyhinə Stansiyada aparılır. Ötən il qrip virusuna yoluxma var idi. Amma builki payız-qış mövsümündə qrip virusları aşkar olunmayıb. Azərbaycanda hələ ki, qrip virusları sirkulyasiya etmir”.
Qeyd edək ki, Rusiyanın bəzi regionlarında kəskin respirator virus infeksiyalarına yoluxma ilə bağlı vəziyyət təhlükəli həddə yaxınlaşır. Bununla əlaqədar olaraq ölkədə qrip əleyhinə kütləvi peyvəndləmə işlərinə start verilib.
Son göstəriciyə görə, Rusiyada təxminən 64,3 milyon insan artıq qripə qarşı peyvənd edilib ki, bu da ümumi əhalinin 44,5 faizi deməkdir. (trend)
Xəbəri paylaş
7138 dəfə oxunub.
Digər xəbərlər

7-10-2020, 18:36
İlham Əliyev “Euronews”a müsahibə verdi - FOTO
12-05-2017, 14:01
Axşam saat 5-dən bu yollar bağlanır - Xəbərdarlıq
14-04-2016, 12:59
Başçı və partiya sədri arasında ziddiyət yaranıb
1-01-2016, 23:57
Siçan təyyarəni geri qayıtmağa məcbur etdi
15-09-2015, 12:43
Nişanlı qız intihar edib - Göygöldə
29-04-2017, 15:21
Dünyanın ən təhlükəsiz smartfonu təqdim edildi
28-07-2018, 15:11
Üzərində belə bir qeyd olan kolbasaları ƏSLA ALMAYIN, ÇÜNKİ... - Rəsmi XƏBƏRDARLIQ
8-02-2017, 20:28
Qazaxda gənc oğlanın ürəyinə bıçaq sapladılar
29-07-2016, 21:15
Avqustda 42 dərəcə isti gözlənilir - Aylıq proqnoz
9-07-2018, 11:30
Cazibədar aparıcı acıq verdi:“Bədənim gözəldir...”