Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Wikipedia”dan növbəti Qarabağ - FİTNƏSİ
Tarix: 02-07-2015 | Saat: 09:39
Bölmə:M / Karusel / Siyasət / Maraqlı / M2 | çapa göndər

“Wikipedia”dan növbəti Qarabağ - FİTNƏSİ

Xeberaz.az təqim edir Dünya xəritəsini əlinizə götürün və cənub-qərbi Qafqazda Ermənistan adlı qondarma torpaqları tapın. Xəritədən baxanda xüsusi sərhəd xəttləri ilə işarələnmiş normal dövlət görə bilərsiniz. Amma bu o demək deyil ki, hər şey elə bu cür də olmalıdır və ya bu cürdür.
O ölkə ki, Azərbaycanın xarabalıqları üzərində yaradılıb və tarix boyu yeganə ölkə özüdür ki, mövcudluğunu beyinlərə təlqin edib.
Adına baxaq əvvəlcə: “Müstəqil Erməni Dövləti”. Hətta adı belə yığma komandadan başqa bir şey deyil. 1918-ci ildə Azərbaycana əksəriyyəti erməni və ruslardan ibarət antimüsəlman güruh gətiriləndə, Azərbaycan kommunistləri özünü “qardaş” adı altında təqdim edən ermənilərə kömək edirdi. Və elə bundan sonra möhtəşəm Azərbaycan tarixinin hələ də ürəklərdə iz qoyan ağrıları başladı.
Qayıdırıq 1918-ci ilə: Ermənistan yenicə yaradılıb. Məlumdur ki, iqtisadi baza yoxdursa, həmin ölkə də uzağı bir neçə həftə ayaqüstə qala bilər. O da ki, aclıqdan əsə-əsə. Üstəgəl, 1920-21-ci illərdə Ermənistan dotasiya hesabına yaşayıb. 1920-ci ildə isə Azərbaycan XI Qızıl Ordusu tərəfindən 40 vaqon ərzaq və müxtəlif yardımlar edilib.
Amma Ermənistan yeyib üstündən də su içəndə, Azərbaycan kəndləri, qəsəbələri qabırğalarını saymaqla məşğul idi. Dünyanın Şərq kimi yerində yeganə işğalçı siyasət liderləri, xarici kapitalın agentleri ermeni daşnaklarıdır. Düşünün, o qədər xaindirlər ki, bunu belə özləri etiraf edib. Dünya xəritəsinə burnunun suyu düşən ilk gündən ipləri öz əlində olmayan bir ölkədir bu. Şərqi fəth etmək istəyən hər kəs Ermənistana tələyə qoyulmuş pendir verib onun vasitəçi rolunu genişləndirib.

Müharibədən sonra özünün “Türksüz Ermənistan” siyasətinə başlayan Ermənistan üstündə gəzdiyi torpaqları bu gün həqiqətən türklərə həsrət qoyub. Necə edirdi bunu? Gedib kimlərinsə qapısını döyürdü, gözündə yaş, burnunda su, əlində kirli-paslı dəsmalla başlayırdı ki: “Bu Azərbaycan əhalisi bizə kömək edir, biz də özümüzü günahkar hiss edirik, borclarından necə çıxacağıq bilmirik. Onları deportasiya edək ki, nə şiş yansın, nə də kabab”. Azərbaycanlılar da Sovet İttifaqının tərkibində çarəsiz qalıb Kür-Araz ovalığına köçürülürdü. Hətta bəziləri özləri bezib başlarını götürüb qaçırdılar. Nəticədə o möhtəşəm Qərbi Azərbaycan dediyimiz bölgə getdikcə ermənilərin əsirinə çevrildi. Yandırdılar, yaxdılar, acıq verdilər, görk etdilər. Çevrildik sonra dəfə baxdıq vətən torpağına. Nə gördük? 1988-ci ildə başlayan qəsbkarlıq, sonra Xocalı qırğını, 1993-cü ildə Zəngilan torpağında sona çatdı. Bu gün bizim şəkillərinə, videolarına baxmağa ürək etmədiyimiz faciələri Qarabağ əhalisi yaşayıb. Üstəgəl dədə-baba yurdlarından əliyalın şəkildə didərgin ediliblər. Torpağından son dəfə su içmək, vətən qoxusunu içinə doya-doya çəkmək istəyənlər pəncərədən hündür binalara baxmağa məhkum edilib.
1991-ci il SSRİ öz qüdrətini itirdikcə tərkibindəki dövlətlər azadlığın dadına baxırdı. Ləzzətli olan hər şey kimi azadlıq da ölkələri gücləndirdi, bu günkü müasirliyə çatdırdı. Amma Ermənistan getdikcə batdığı quyudan Azərbaycana müharibə elan edirdi. O vaxt buna təcavüzkarlıq deyirdiksə, 80-ci illərdən etibarən müharibə deməyə başladıq.
Həmin dövrün daha dəhştəli mənzərələrindən biri isə bütün dünyanın Ermənistanın vəhşicəsinə Azərbaycanın 20% torpağını işğal etməsinə biganə qalması idi. Bu dəfə didərgin düşən, əsir götürülən, öldürülən, işgəncə verilən, hələ də ölüsü-dirisi tapılmayan soydaşlarımızın sayını deyib kimisə bir də o günlərə qaytarmaq düzgün olmaz. Məsələ başqadır.

Necə olur ki, günü bu gün Azərbaycanın ərazi bütövlüyü bu boyda Yer kürəsi ölkələri tərəfindən tanınır. Lakin buna baxmayaraq Ermənistan hələ də Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu arsız və əsassız şəkildə iddia edə bilir?!
Hər şey bir kənara. Dünyanı əlinə alan internet adlı hörümçək toru da sözügedən ölkə tərəfindən xain məqsədlərlə istifadə edilir. Məsələn, wikipedia.org-a ermənilər tərəfindən Nagorno-Karabakh adı ilə yazı əlavə olunub. Yazının orada olması qırağa e, Dağlıq Qarabağ adının onların sonradan yaranma dillərinə çevrilməsi və adı özününküləşdirmələri, üstəgəl Qarabağ sözünün hissələrə ayrılaraq Azərbaycan dilində mənasının izah edilməsi, lakin Ermənistana aid iddialarının davam etməsi, yazının içində Cənubi Qafqazın az qala hər bir bölgəsini özəlləşdirmələri, ötən əsrin sonlarında baş verən Azərbaycan-Ermənistan müharibələrini Azərbaycanın Dağlıq Qarabağ iddiası ilə bağlamaları və daha nələr, nələr...
Qısası, Ermənistanın növbəti gücü internetdir. Müxtəlif dünyəvi saytlar vasitəsilə Azərbaycan torpaqları sayəsində dünya ictimaiyyətində “mənəm-mənəm” deməyə çalışır. Yəqin bu məqamlarda “Döymə taxta qapımı, döyməyim dəmir qapını” deyiblər.
mənbə atv xeber


Xəbəri paylaş

7048 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___