Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Təkrar zəlzələ gözlənilirmi? - RƏSMİ AÇIQLAMA
Tarix: 16-11-2017 | Saat: 11:19
Bölmə:M / Karusel / Gündəm | çapa göndər


“Ağdamda dünən axşam baş verən zələzlədən sonra yenidən o gücdə zəlzələnin təkrar olunması ehtimalı yoxdur" .
 
Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, təkandan sonra afterşoklar davam edir, enerji boşalması gedir: "Sakitlikdir, qorxulu bir şey yoxdur. Xırda təkanlar ola bilər, çünki orada hələ proses gedir. Dünəndən bəri 30-dan çox afterşok olub".
 
Q. Yetirmişli zəlzələ zamanı dağıntıların olmadığını deyib: "O cür zəlzələdə heç bir dağıntı olmamalıdır. Bizim mərkəzin stansiyası episentrə yaxın yerləşir. Əməkdaşlarımız baxıblar, stansiyanın divarında cüzi çat belə əmələ gəlməyib. Normal tikilibsə, heç bir fəsad olmamalıdır. Kimsə keyfiyyətsiz materialdan tikibsə, təbii ki, orada çat da əmələ gələ, cüzi təkandan dağıntı da ola bilər”.
 
Q. Yetirmişli bildirib ki, zəlzələ bölgəsinə Bakıdan əlavə dəstə də göndərilib: “Zəlzələdən sonra biz seysmoloji xəritə qurdur, zəlzələ hara qədər hiss olunub, dağıntısı nə qədərdir, biz onu aydınlaşdırırıq”.
 
Mərkəzin direktoru onu da əlavə edib ki, bu zəlzələnin İran-İraqdakı zəlzələ ilə heç bir əlaqəsi yoxdur: “Ola  da bilməz. Tamam başqa regiondur, ayrı-ayrı dərinlik qırılmaları ilə gedən seysmoloji prosesdir”.


Xəbəri paylaş

1 3738 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___