Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əmək pensiyaları ARTIRILIR
Tarix: 15-11-2017 | Saat: 10:56
Bölmə:M / Karusel / Gündəm | çapa göndər


“Dövlət Sosial Müdafiə Fondunun 2018-ci ildə büdcəsinin xərcləri 3 milyard 578,8 milyon manat proqnozlaşdırılıb.
 
Bu da cari ilin müvafiq göstəricisindən 178,8 milyon manat və ya 5,3 faiz çoxdur. Növbəti ildə əhaliyə ödənişlər fondun bütün xərclərinin 97,7 faizini təşkil edəcək və 3 milyard 495 milyon manat olacaq”.
 
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
 
Nazir bildirib ki, əmək pensiyaları üzrə 193,2 milyon manat artım olacaq.
 
O əlavə edib ki, məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 16,3 milyon manat azalma və digər xərclər üçün 1,9 milyon manat olacaq.
 
“Məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə azalma onunla bağlıdır ki, növbəti ildən “İşsizlikdən sığorta haqqında” qanun fəaliyyətə başlayacaq. İndiyə qədər fondun vəsaitləri hesabına ödənilən işsizlik müavinətləri artıq fondun büdcəsindən çıxarılıb. Həmin vəsaitlər İşsizlikdən Sığorta Fondunun vəsaitləri hesabına ödəniləcək. Məhz bu azalma bununla bağlıdır”.
 
S.Müslümov qeyd edib ki, 2018-ci ildə əmək pensiyaları üzrə xərclər əhalinin 97,5 faizini təşkil edərək, 3 milyar 407 milyon manat proqnozlaşdırılır.


Xəbəri paylaş

1 1478 dəfə oxunub.

Digər xəbərlər
1-12-2018, 11:37 Corc Buş öldü

bütün xəbərlər
____ Instagram ___