Din xadimləri maaş alacaqlar
Tarix: 10-11-2017 | Saat: 11:51
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
2018-ci ildən etibarən bütün rəsmi din xadimlərinə dövlət tərəfindən məvacib ödəniləcək.
Xəbəraz.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Dini maarifləndirmə işi: Mövcud vəziyyət və imkanlar” adlı konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bundan başqa, qeydiyyatdan keçən dini kolleclər mərhələli şəkildə fəaliyyətə başlayacaq və təhsil pulsuz olacaq: "Bakı İslam Universitetində də təhsil mərhələli şəkildə pulsuz olmalıdır. Hazırda bu istiqamətdə işlər görülür. Əgər bu gün Bakı İslam Universiteti ödənişlidirsə, bu, universitetin işi deyil. Bu məsələni həll etmək yalnız komitənin, Qafqaz Müsəlmanları İdarəsi, Bakı İslam Universitetinin tam səlahiyyətində deyil. Əgər biz dini təhsilin ideoloji, ictimai təhlükəsizlik üçün əsas olduğunu deyiriksə, dini təhsillə bağlı vəziyyət mütləq dəyişməlidir. Azərbaycan dini təhsilin ödənişli olduğu nadir ölkələrdən biridir. Dini təhsil ödənişli olmamalıdır. Dövlət bu sahəni prioritet hesab edirsə, dini təhsilin ödənişli olması aradan qaldırılmalı, dini təhsilin maliyyələşdirilməsi dövlət tərəfindən həyata keçirilməlidir".
G.İsmayılov bildirib ki, dini təhsil alan şəxslər təyinat almalıdırlar. Təyinatdan sonra din xadimi kimi fəaliyyət göstərən şəxs məvacib almalıdır: "Biz bunlara nail olduqdan sonra ölkədə dini təhsilin səviyyəsini qaldıra bilərik. Biz bunları etməsək, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinə, Bakı İslam Universitetinə gələn əksər tələbələrin intellektual səviyyəsi bizi qane etməyəcək".
Xəbəri paylaş
6898 dəfə oxunub.
Digər xəbərlər

22-05-2019, 10:11
Sabunçunun prokuroru vətəndaşın evini zorla əlindən alıb
30-07-2016, 12:47
Avropa Şurasından Ermənistanda baş verənlərə - Reaksiya
26-07-2017, 12:33
Gündən-günə arıqlayan Aygün Kazımova SON HALI ilə TƏƏCCÜBLƏNDİRDİ - FOTO
27-01-2017, 14:38
"Orqan köçürülməsi əməliyyatlarının qiymətləri aşağı düşəcək” - MÜSAHİBƏ
20-02-2022, 12:57
25 yaşlı gənci ölümcül döyüb, qulağını kəsdilər - TƏFƏRRÜAT - VİDEO
17-01-2017, 00:21
Sol böyrü üstə yatanda bədəndə nə baş verir?-FOTO
2-06-2016, 15:20
Sərdar Ortaç həyat yoldaşını döyüb
27-03-2018, 22:11
İlham Əliyev sosial müavinətlə bağlı SƏRƏNCAM
28-03-2015, 13:13
İntiqam-Qarabağ mövzusunda yazılmış Roman 1 Ci hissə
20-07-2021, 02:34
İDDİA: Pişiyin ayağın kəsən Arpaçay kafesinin sahibi Telman imiş