Prezident İlham Əliyev: "Azərbaycan Əfqanıstanı dəstəkləyir"
Tarix: 07-11-2017 | Saat: 17:45
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Prezident İlham Əliyev noyabrın 7-də Əfqanıstan İslam Respublikasının maliyyə naziri Əklil Əhməd Hakiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı ölkələrimiz arasında güclü tərəfdaşlıq əlaqələrinin olduğunu qeyd edərək əməkdaşlığımızın artıq siyasi dialoq kimi mühüm sahəni və digər istiqamətləri əhatə etdiyini deyib.
Prezident İlham Əliyev ikitərəfli münasibətlərin inkişafında dövlət başçıları arasında keçirilən görüşlərin əhəmiyyətini vurğulayaraq Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaninin ölkəmizə səfərini və onunla müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini xatırladıb. Dövlət başçısı yüksək səviyyədə keçirilən görüşlər və danışıqlarda əldə edilmiş razılaşmaların tam şəkildə həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Ölkəmizin Əfqanıstanı dəstəklədiyini vurğulayan prezident İlham Əliyev Azərbaycan hərbi qulluqçularının Əfqanıstanda sülhməramlı missiyada iştirakı və logistik təchizatda fəal rolunun əhəmiyyətini qeyd edib. Dövlət başçısı, eyni zamanda, investisiya və iqtisadiyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.
Əfqanıstanın maliyyə naziri Əklil Əhməd Hakimi Azərbaycanın ölkəsinə verdiyi dəstəyin Əfqanıstan rəhbərliyi və xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirib. O qeyd edib ki, səfərinin əsas məqsədi əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələlərin müzakirəsindən ibarətdir.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş
8058 dəfə oxunub.
Digər xəbərlər

19-05-2023, 09:03
Restoranda yeyib-içəndən sonra qaçdı - Evinə basqın edildi
19-04-2016, 12:24
İrəvanda fəlakət ssenarisi: “Təcili güzəştə getməliyik”
27-02-2017, 23:37
Ucarda qanlı toy gecəsi - Bakirə çıxmayan sevgilisini qətlə yetirdi
5-01-2016, 23:52
Beyons iri ombası olan qul haqqında film çəkəcək – FOTO
9-12-2016, 20:10
Dünyanın ən gözəl qızlarının yaşadığı 10 ölkə - Kişilər o ölkələrə axın edirlər - FOTOLAR
3-08-2021, 21:02
Bakıda 32 naməlum şəhidin məzarı açılacaq - RƏSMİ
17-06-2016, 15:27
Maskalılar Gülməmmədova hücum etdi - 45 min oğurlandı
22-11-2015, 20:30
Barak Obama: “Tezliklə İŞİD-in axırına çıxacağıq...”
6-10-2015, 15:41
Hacıyevin "bankirlər"lə əlaqələri tezliklə kəsilmək üzrədi.
10-12-2018, 16:30
Bakıda piyadanı vurub öldürən sərxoş sürücü tutuldu