Paytaxt sakinləri ərzağa nə qədər pul xərcləyiblər?
Tarix: 05-11-2017 | Saat: 12:56
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər
2017-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% artaraq 13 mlrd. 378,1 mln. manat olub.
Bakı Şəhər Statistika İdarəsindən APA-Economics-ə verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6% artaraq 6 mlrd. 96,2 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,4% artaraq 7 mlrd. 281,9 mln. manata çatıb.
İstehlak məhsullarının 19,3%-i hüquqi şəxs statuslu müəssisələrdə, 67,8%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 12,9%-i isə paytaxtın məhsul bazarlarında satılıb.
Cari ilin yanvar-sentyabr aylarında elektron qaydada pərakəndə ticarət şəbəkəsində 32,7 mln. manatlıq və ya 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,6 dəfə çox istehlak məhsulları satılıb. Elektron şəbəkə vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 97,8%-i hüquqi şəxslərdən, 2,2%-i isə fərdi sahibkarlardan alınıb. Satışın bu növü vasitəsilə əsasən qeyri-ərzaq məhsullar realizə olunub.
Xəbəri paylaş
6158 dəfə oxunub.
Digər xəbərlər

15-08-2018, 12:47
Dünyada ilk dəfə: üzünü məhv etmiş qızın siması bərpa olundu - FOTO
6-10-2019, 17:29
Rafael Ağayev qalib oldu
13-10-2015, 20:01
Ərəb şeyxləri Azərbaycanda 12000 manatlıq evlər kirayələdilər
29-03-2021, 10:11
Kişi arvadının başını kəsdi - Qobustanda dəhşətli qətl
14-10-2016, 19:11
Qənirə Paşayeva AŞPA-da ermənilərin yalanını ifşa etdi - FOTO
31-12-2015, 01:47
““Şadam ki, müəllif mənim qızım Leyladır” - İlham Əliyev+Fotolar
22-12-2016, 11:29
Moskvada metroda partlayış olub - Yaralılar var
29-06-2015, 18:48
Cəbhə boyu Ermənistan silahlı birləşmələrinin təxribatları yalnız atəşkəs rejimini pozmaqla yekunlaşmır (FOTO)
22-01-2023, 11:08
Tolikdən ŞOK AÇIQLAMA - "Oteldə dedilər bacın..."
25-05-2023, 13:23
Şuşa sakinlərinin qayıdış tarixi AÇIQLANDI - 1500 nəfər...