Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Rahatlığın Məkanı MTK ”- uğurla fəaliyyət göstərir!
Tarix: 31-10-2017 | Saat: 14:04
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər


Son illər ölkəmizdə Neft sektorunun inkişafı ilə yanaşı Qeyri-neft sektorunun da inkişafı , dövlət başçımız cənab İlham Əliyevin xüsusi olaraq diqqət mərkəzindədir. Dünya bazarına çıxarılan qara qızılın insan kapitalına çevrilməsi ,daxili və xarici ticarət əlaqələrinin sürətlə geniş miqyas alması ,yeni-yeni sənaye və Tikinti müəssisələrinin yaradılması ölkə iqtisadiyyatının Dünya iqtisadi sisteminə inteqrasiyasından xəbər verir. Respublikamızda müxtəlif Tikinti şirkətləri adı altında fəaliyyət göstərən Sahibkarlara dövlət dəstəyinin hökumət tərəfindən yaradılması, Onlara güzəştli şərtlərlə kreditlərin verilməsi ölkəmizdə qeyri-neft sektorunun bir qolu sayılan Tikinti bumunun da inkişafına təkan verir.
Hələ Sovetlər dönəmində fəaliyyət göstərən , lakin müasir dövrün tələblərinə cavab verməyən İripanelli Evtikmə Kombinatlarının tikdiyi müxtəlif layihəli ( Stalin, Lenin, Xruşov layihəli ) binalar bugün artıq öz istismar müddətini başa vurmaqla yanaşı, ilbəil müasirləşən paytaxt Bakının və respublikamızın hər bir şəhər və rayonlarında yeni olan , başqa sözlə gözoxşayan mənzərəni yaratmağı zəruri tələbata çevirir.
Elə bu baxımdan da ölkə əhalisinin yaşam tərzinin yeni, müasir formada daha təhlükəsiz olaraq , ən əsası Tikinti norma qaydalarına uyğun olaraq tikilib istifadəyə verilməsi bugün müstəqil dövlətimizin prioritet mövzularndan biridir. Bu cür təqdirəlayiq, ölkə vətəndaşlarının sosial həyat tərzinə uyğun olaraq həyata keçirilməsi, dövlət başçımızın bu istiqamətdə mənzillə bağlı Pilot layihə adı altında həyata keçirilməsilə davam etdirilir.
Media olaraq biz bu layihələrin necə yerinə yetirilməsini yaxından tanış olub işıqlandırmaq üçün bu dövlət layihəli hər hansı bir tikinti inşa işləri aparılan məkana üz tutmaq istədik . İlk gedəcəyimiz ünvan isə məhz paytaxt Bakının Nizami rayonu ərazisində, məlumat lövhəsində “Rahatlığın Məkanı MTK ” Tikinti şirkətinə məxsus, çoxmənzilli yaşayış binasının inşası aparılan yer oldu. İlk öncə burada təşkil olunmuş iş şəraitinin olduqca qənaətbəxş durumda olduğunun şahidi olduq. Beləki, tikinti sahəsi müvafiq qaydada mühafizə lentləri və xəbərdaredici plakatlarla, o cümlədən, ən əsası burada çalışan, tikinti–inşa işlərini aparan çoxsaylı fəhlə və mühəndis- texniki heyət, onlar üçün bu sahədə çox vacib hesab edilən fərdi mühafizə vasitələri və işçi-geyim dəsti ilə təchiz olunmaları, həmçinin ayrı-ayrı təşkil edilmiş işçi briqadaların, Əməyin texniki təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq Jurnallara təlimatlandırılaraq imza atmaları “Rahatlığın Məkanı MTK ” rəhbərliyinin, şəxsən Elnur müəllimin bu işlərdə üzərinə düşən vəzifələrin təqdirəlayiq olaraq həyata keçirilməsindən xəbər verdi.
Tikinti-inşa işlərinin aparıldığı obyektin hər bir hissəsində çalışan müxtəlif işləri yerinə yetirən fəhlələrə, işçi briqadalarına yüksək ixtisaslı kadrlardan təşkil olunmuş Mühəndis-Texniki heyətin vaxtaşırı olaraq nəzarəti, burada aparılan işlərin uğurla davam etməsi anlamını meydana çıxartmış oldu. İşçilərlə aparılan sorğu zamanı da bunun əyani sübutu kimi bizə bildirdilər ki, Tikinti rəhbərliyi, əmək şəraiti vəziyyətini hava şəraitinə uyğun olaraq həyata keçirtməklə, habelə tikinti işlərinin digər peşə sahəsindən ağırlıq dərəcəsi nəzərə alınmaqla onlara müəyyən edilmiş vaxtlarda fasilələr verməklə, vaxtaşırı olaraq çay içmələrinə, həmçinin müəyyən edilmiş nahar fasiləsinə vaxtlı –vaxtında çıxmalarına əlverişli şərait yaradır. Bir sözlə, bütün bunlar, öz növbəsində bucür yaradılmış əmək şəraiti , burada çalışan çoxsaylı işçilərin razılığına səbəb olmuşdur.
Biz də, sonda bir daha gördüyümüz iş şəraitini Xeberaz.az İnformasiya agentliyi olaraq bu işləri həyata keçirən “Rahatlığın Məkanı MTK ”–nin rəhbərliyinə, bu çətin, lakin çox şərəfli işlərdə bundan sonra da aparılacaq işlərdə yeni-yeni nailiyyətlər, uğurlar əldə etməyi arzulayırıq.
“Xeberaz.az” üçün hazırladı: Xəyyam Qurbanlı.



Xəbəri paylaş

1 7178 dəfə oxunub.

Digər xəbərlər
8-03-2018, 10:36 Cəhbədən SON XƏBƏR

bütün xəbərlər
____ Instagram ___