Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycandan Avropaya Qarabağ mesajı (FOTO)
Tarix: 01-07-2015 | Saat: 19:29
Bölmə:M / Karusel / Siyasət / M2 | çapa göndər

Azərbaycandan Avropaya Qarabağ mesajı (FOTO)
Mahmud Məmməd-Quliyev Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edib.
Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Belarus paytaxtı Minsk şəhərində keçirilmiş Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi dialoq görüşündə iştirak edib.

ANS PRESS-in məlumatına görə, görüşdə iştirakçılar Şərq Tərəfdaşlığının Riqa Zirvə toplantısından sonra Avropa İttifaqı (Aİ) ilə tərəfdaş ölkələr arasında münasibətlərin gələcək perspektivləri haqqında müzakirə aparıblar.

Bu xüsusda nazir müavini M.Məmməd-Quliyev Azərbaycan Respublikası və Aİ arasında vətəndaşların hərəkəti, enerji və nəqliyyat bağlantılarının yaradılması və ticarət əlaqələrinin inkişaf etdirilməsi imkanlarına toxunub. O, həmçinin Azərbaycanda yaxşı idarəçilik, o cümlədən korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahəsində aparılan islahatlar və həyata keçirilən tədbirlər haqqında məlumat verib və bu çərçivədə "ASAN xidmət"in səmərəli fəaliyyətini qeyd edib.

Nazir müavini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlər əsasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin beynəlxalq ictimaiyyət, o cümlədən Aİ tərəfindən dəstəklənməsinin vacibliyini vurğulayıb.



M.Məmməd-Quliyev qarşılıqlı maraqlara söykənən bərabərhüquqlu əməkdaşlığın təşviqi baxımından Azərbaycanın Aİ ilə gələcək münasibətlərini ikitərəfli formatda inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

Ümumiyyətlə, xarici işlər nazirlərinin qeyri-rəsmi dialoq görüşləri növbəlilik əsasında Şərq Tərəfdaşlığı ölkələrinin paytaxtlarında təşkil olunur və məqsəd tərəfdaş ölkələr və Aİ arasında münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparmaqdır.

Bundan əvvəlki qeyri-rəsmi dialoq görüşü ötən il sentyabrın 9-da Bakı şəhərində keçirilib.

"Şərq Tərəfdaşlığı" Polşa və İsveçin Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırlmasına yönəldilmiş təşəbbüsüdür. "Şərq tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir. Bunlar Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belorus və Ukraynadır.

Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı rəsmi olaraq mayın 7-də Avropa İttifaqının Praqadakı sammitində qüvvəyə minib. Bu proqramda ilk növbədə siyasi baxımdan assosiativlik, iqtisadi baxımdan isə inteqrasiya məsələləri qeyd olunub. "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində dövlətlərə 4 istiqamətdə əməkdaşlıq imkanları təqdim edilib. Bunlar demokratiya və hüquqi institutların inkişafı, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi və insanlar arasında əlaqələr - viza rejiminin sadələşdirilməsi və ləğvi məsələləridir.



Bu il mayın 21-22-də Latviyada keçirilən sammitdə diqqət mərkəzində saxlanılan ilk məsələ 6 "Şərq tərəfdaşlığı" ölkəsinin Ukrayna böhranı ilə əlaqədar mövqeyi olub.

Xatırladaq ki, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanın təşkilata tamhüquqlu üzv qəbul olunması haqqında qərar qəbul edib. 2001-ci il yanvarın 25-də isə Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv olub. Strasburqda, Avropa Şurasının mənzil-qərargahının qarşısında Azərbaycanın bayrağı qaldırılıb.

Azərbaycan Respublikası Avropa Şurasına üzv olmaqla onun bir sıra konvensiyalarına, o cümlədən, İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında 1950-ci il Konvensiyasına qoşulub. Konvensiya Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Avropa Şurasına üzv olma ərəfəsində, 2001-ci il yanvarın 25-də Strasburqda imzalanıb və həmin il dekabrın 25-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilib.


Xəbəri paylaş

5358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___