Növbəti 3 gündə güclü geomaqnit həyəcanlaşması gözlənilir - XƏBƏRDARLIQ
Tarix: 24-10-2017 | Saat: 14:19
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Sabah və qarşıdan gələn iki gündə güclü geomaqnit həyəcanlaşması gözlənilir.
Bu barədə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev məlumat verib.
Onun sözlərinə görə, hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 2 ilə 3 arasında dəyişir (maksimum 9 olur), lakin, o, getdikcə artacaq: "Sabah axşama doğru G1 kateqoriyalı, oktybarın 25-də isə G2 kateqoriyalı qasırğa gözlənilir. Maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11-ildə 1-2 dəfə baş verir. Bu dəfəki geomaqnit həyəcanlaşmasının da əsas səbəbi Günəş səthində hazırda mövcud olan orta ölçülü "tac dəliyi"ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiridir".
E.Babayev qeyd edib ki, "Tac dəlikləri"ndən yüklü plazma zərrəciklərı Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya, o cümlədən də, Yerə planetinə doğru yönəlir: "Hazırda "günahkar" plazma küləyini sürəti 440 km/saniyə-dir. Hazırda planetlərarası maqnit sahəsinin Z komponentinin cənub istiqamətinə yönəlməsi, kosmik hava şəraitini daha əlverişsiz edir və "katalizator" rolunu oynayır. Atmosfer təzyiqinin nisbətən qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektlərini artırır. Qasırğa yuxarı en dairələrində daha effektiv olur, əsrarəngiz qütb parıltlarının ("Aurora borealis") şəkilləri də tezliklə mediada yayılacaq. Bizim orta coğrafi en dairələri üçün təsir adətən zəif olur".
Rəsədxana rəsmisi əlavə edib ki, sağlam insanlardan fərqli olaraq, risk qrupuna daxil olan - xroniki ürək-qan-damar xəstəliklərinə düçar olanlar, ahıllar, uşaqlar isə gərginlikdən qaçmalı, yüngül qabaqlayıcı tədbirlər (həkim məsləhəti əsasında) görməlidirlər.
Xəbəri paylaş
6048 dəfə oxunub.
Digər xəbərlər

11-05-2015, 13:19
Gənc Müğənni NİCAT CAMAL-dan gözəl bir mahni
11-06-2015, 13:48
İşaxtaranlara xoş xəbər
27-02-2020, 14:58
Yardımlıda silahlı İNSİDENT: Ata və oğlu öldürüldü
10-04-2016, 16:12
İŞİD Türkiyə ilə sərhəddə daha 6 kəndi ələ keçirdi
18-02-2020, 12:32
İbrahim Tatlısəs rəqqasəyə təcavüz edib? Məhkəmə cəza kəsdi - VİDEO
19-12-2015, 13:47
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başlayıb
3-04-2016, 12:09
Britaniyalı nazir: “Dəhşətə gəldim və narahatlıq keçirdim”
20-09-2022, 11:12
Banan qabığı ilə yeyilməlidir. Mütəxəssislərdən tövsiyə
5-02-2018, 19:36
Yoxsulluqdan necə xilas olaq?
10-03-2019, 12:52
Əfv həftəsinə start verilir - Prezident onları azadlığa qovuşduracaq