Rusiyada 6 nəfəri xilas edən azərbaycanlı polis: Uşaqların çığırtısı hələ də qulağımdadır
Tarix: 24-10-2017 | Saat: 14:04
Bölmə:M / Karusel / Gündəm / Hadisə | çapa göndər
“Gecə saat 4 idi. Mən işdən, daha doğrusu növbədən qayıdırdım. Pervomaysk küçəsini keçəndə gördüm ev yanır. Əvvəl yanğınsöndürənlərə zəng elədim. Gördüm gecikirlər, içəri atıldım”.
Xəbəraz.Az xəbər verir ki, bu sözləri lent.az-a Rusiyanın Sverdlovsk vilayətin Zareçnı rayon polis idarəsinin yol polis müfəttişi, polis kiçik leytenantı Baxış Kərimov deyib.
Baxış Kərimovun adı artıq neçə gündür Rusiyanın internet məkanında hallanır. O, adı çəkilən qəsəbədə yanan evdən 4 uşağı və onların valideynlərini xilas edib.
Baxış bildirib ki, o, Yekaterinburqda anadan olub. 25 yaşı var. 4 ildir ki, yol polis müfəttişi işləyir.
“Evin qapısı bağlı idi. Sındıra bilmədim. Bundan sonra pəncərələri qırıb içəri keçdim. Ata və ana başqa otaqda yatmışdılar, uşaqlar başqa. Əvvəlcə onları oyatdım. Baş verənlərdən şokdaydılar. Uşaqların çığırtısı isə hələ də qulağımdadır. Valideynləri bayıra çıxarandan sonra uşaqlar olan otağa keçdim. Artıq alov da güclənirdi. Tüstüdən göz- gözü görmürdü. Uşaqları bir-bir çıxarıb pəncərədən valideynlərinə verirdim. Sonuncu uşağı çıxaranda artıq alov evi bürümüşdü. Bir təhər özümü və onu xilas edə bildim. Yanğınsöndürənlər gələndə isə artıq gec idi. Ev tam alovun içindəydi” - deyə Baxış deyib.
Həmyerlimizin bildirdiyinə görə, noyabrın 10-da Rusiyada polis günüdür. Vilayət səviyyəsində qeyd ediləcək həmin gündə Baxış dövlət tərəfindən mükafatlandırılacaq.
“Bilmirəm, nə mükafat verəcəklər, əslində bu mənim üçün önəmli deyil. Əsas odur ki, mən insanlıq borcumu yerinə yetirib 6 nəfərlik ailəni xilas etmişəm”.
Xəbəri paylaş
6418 dəfə oxunub.
Digər xəbərlər

7-10-2018, 14:45
Həbibin meneceri bu hərəkətinə görə həbs edildi - VİDEO
19-02-2018, 12:26
Ər-arvad dəm qazından öldü-GƏNCƏDƏ
22-05-2020, 04:47
Rüstəm Usubovun əmlakları üzə çıxdı- SİYAHI
15-02-2016, 14:48
Dərman qaçaqmalçıları Azərbaycan bazarına can atır - FOTOLAR
26-11-2015, 21:56
“AST Telmanın xalq artistinə verdiyi villa əlindən alındı
28-04-2015, 16:05
Bakıda oğurluqla məşğul olan kişi qadın saxlanılıb.
15-05-2019, 11:25
İqtisadçı ekspert uşaq pulu ilə bağlı təklif verdi
9-08-2016, 09:47
Azərbaycan nefti 1,6 dollar bahalaşıb