Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dövlət Yol Polis Əməkdaşı " Seyidov Turan" Elman oğlunu birgə tanıyaq...
Tarix: 22-10-2017 | Saat: 01:43
Bölmə:M / Karusel / Gündəm / Araşdırma | çapa göndər



Avtomobil sahibləri heç də hamılıqla peşəkar sürücü deyillər. Çoxu nəzəri bilgiləri əzbərləyib Sürücülük vəsiqəsinə sahiblənsə də idarəetmənin öhdəsindən kortəbii gəlir. Həm bu səbəblər, həm də avtomobillərin durmadan sürətli artımı yol polislərinin üzərinə böyük məsuliyyət yükləyir desək yanılmarıq. Bakı şəhərində son yolsalma işlərindən sonra da tıxacların səngimək bilməməsi bu məsələnin son dərəcə ciddiliyindən xəbər verir. Uzun -uzadı tıxaclar, naşı sürücülərin səhlənkarlıqları Dövlət Yol Polisinin işini əməlli-başlı artırıb. DYP əməkdaşlarının gecə-gündüz demədən bu cür problemlərin yoluna qoyulmasında göstərdikləri səylər xeyli müsbət nəticə verməkdədir.
Xüsusi ilə də Dövlət Yol Polisinin nəzdində fəaliyyət göstərən Dövlət Yol Polis Əməkdaşı SEYİDOV TURAN ELMAN OĞLUNUN xidmət göstərdiyi 99-YP-278 Dövlət nömrə nişanlı xidməti maşınında, gücləndirilmiş iş rejimində fəaliyyət göstərməsinin şahidi olduq. Həm sürücülərin, həm sərnişinlərin, həm də piyadaların həyatının qorunması və təhlükəsizliklərinin təmini üçün gərəkən tədbirləri alaraq peşə xidmətlərini layiqincə yerinə yetirirlər. Ekstrimal şəraitlərdə xüsusi bacarıq göstərib təhlükənin aradan qaldırılmasına çalışdıqları vaxt neçə polisimizin şəhid olması faktları da az deyil.Öz peşələrini, peşələrindən doğan vəzifələrini layiqincə və gərəyincə yerinə yetirən bu asayiş keşikçilərimizə öz şərəfli işlərində yeni uğurlara imza atması diləyi ilə "Xəbəraz.az " komandası olaraq Yol Polisi əməkdaşlarının bir daha yollarda bizim həyatımızın təhlükəsizliyinin qarantı olaraq qalmasını arzu edirik!


Xəbəri paylaş

2 1508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___