Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Müdafiə naziri ön cəbhədə (FOTO)
Tarix: 01-07-2015 | Saat: 14:13
Bölmə:M / Karusel / Siyasət / M2 / Fotogalereya | çapa göndər

Müdafiə naziri ön cəbhədə (FOTO)
Zakir Həsənov və Nəcməddin Sadıkov cəbhəboyu məşqləri izləyib, tapşırıqlar verib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrdə olublar.

Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi ön xətdə yerləşən hərbi hissələrdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşüb, onların sosial-məişət şəraiti ilə maraqlanıb, Silahlı Qüvvələr Günü münasibəti ilə təltif olunan hərbi qulluqçulara fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim ediblər.

Düşmənlə təmas xəttində yerləşən bölmələrdən birində komanda müşahidə məntəqəsinə baş çəkən Müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti, müdafiə zolağında həyata keçirilən tədbirlər barədə məruzə edilib.



Sonra cəbhə bölgəsində yerləşən bölmələrin şəxsi heyətinin daimi döyüş hazırlıqlarını təkmilləşdirməsi, silah və texnikadan bacarıqla istifadə etməsi, hərbi qulluqçuların peşəkarlıq qabiliyyətinin artırılması məqsədilə yaradılan yeni təlim-atış poliqonu müdafiə nazirinə təqdim olunub.

Bildirilib ki, idarəetmə məntəqəsi, atış və taktiki sahə, həmlə zolağı, sinif otaqları, o cümlədən müxtəlif yardımçı bölmələrdən ibarət poliqonda müxtəlif iriçaplı atıcı silahlar, minaatanlar, qumbaraatanlar və əl qumbaralarının praktiki istifadəsi ilə həyata keçirilən məşqlərdə əsgərlərə gecə və gündüz şəraitində, mütəmadi döyüş hazırlığı üzrə vərdişlər aşılanır.

Müdafiə Nazirliyinin rəhbərliyi təlim prosesini və döyüş atışlı məşqləri izləyib, döyüş hazırlığının və nizam-intizamın gücləndirilməsi barədə müvafiq göstəriş və tapşırıqlarını veriblər.
















Xəbəri paylaş

6228 dəfə oxunub.

Digər xəbərlər
17-04-2018, 10:47 Bu ərazidə su olmayacaq

bütün xəbərlər
____ Instagram ___