Baş nazir deputatların sorğusuna 15 gündən gec olmayaraq cavab verəcək - RƏSMİ
Tarix: 11-10-2017 | Saat: 10:40
Bölmə:M / Karusel / Siyasət / Gündəm | çapa göndər
Azərbaycan Milli Məclisinin deputatlarından Baş nazirin və ya onun müavinlərinin ünvanına daxil olmuş sorğulara cavab layihələri Nazirlər Kabinetinin Aparatı tərəfindən 15 gündən gec olmayaraq hazırlanacaq.
Bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda əksini tapıb.
Sənədə əsasən, Nazirlər Kabinetinin digər üzvlərinə daxil olmuş sorğulara cavablar aidiyyəti mərkəzi icra hakimiyyəti orqanı tərəfindən hazırlanmalıdır. Sorğulara cavab vermək üçün Baş nazir və ya onun tapşırığı ilə Nazirlər Kabinetinin digər üzvləri Milli Məclisin iclaslarında iştirak edirlər.
Milli Məclis Nazirlər Kabinetinə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair sorğu ilə müraciət etdikdə, Nazirlər Kabinetinin sorğuya cavabının layihəsi Baş nazirin tapşırığı ilə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanı (orqanları) tərəfindən hazırlanır.
Milli Məclisin sorğusuna cavab Nazirlər Kabinetini təmsil edən səlahiyyətli şəxs tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin iclasında bir aydan gec olmayaraq təqdim edilir.
Xəbəri paylaş
5548 dəfə oxunub.
Digər xəbərlər

1-07-2015, 15:25
İlham Əliyev Ramil Usubovun oğluna medal verdi
13-07-2016, 23:47
Avropanın ən ucuz şəhərləri - Siyahı
19-11-2015, 15:10
Nazirlik 7 rayonda səyyar protez bərpa xidməti təşkil edəcək
30-12-2015, 14:50
Pasport almaq istəyənlərə şad xəbər
30-09-2016, 01:26
Leyla Əliyeva: Qəti qərarlar qəbul etməyin vaxtı çatıb
28-05-2016, 12:54
Putin: “Donbas qaytarıla bilər, Krım isə...”
26-03-2015, 18:25
Moskvada döyülən azərbaycanlı müğənni danışdı - FOTO
26-12-2017, 10:15
DİQQƏT: Cərimələnə bilərsiniz
10-10-2021, 11:18
Bu rayonda məktəblilər dərsə at arabası ilə gedir - Video