Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanın diplomat xanımları - İki səfir, katiblər, müşavirlər...
Tarix: 10-10-2017 | Saat: 10:34
Bölmə:M / Karusel / Maraqlı | çapa göndər


Nə zaman iki ölkənin diplomatik münasibətləri barədə müzakirə açılsa, mövzunun mərkəzində kişilərin qərarlaşdığını görürük. Hətta, səlahiyyətli nümayəndələr arasında danışıqların aparılması kişilərin çoxluğu ilə həyata keçirilir.
 
Ümumiyyətlə, diplomatik xidmət bütün zamanlarda prestijli dövlət qulluğu sayılıb. Fövqəladə və səlahiyyətli səfir, konsul, daimi nümayəndə kimi vəzifələrdə çalışan diplomatlar ölkə başçılarının, hökumətlərin və xarici əlaqələr üzrə dövlət orqanların xarici siyasətinin məqsəd və vəzifələrini həyata keçirmək və dövlətin hüquq və maraqlarını xaricdə müdafiə etməklə məşğul olublar.


Bu gün Azərbaycan Respublikasının xaricdə 80-dək səfirliyi, konsulluğu, daimi nümayəndəliyi fəaliyyət göstərir. Müstəqil Azərbaycan Respublikasının beynəlxalq arenada apardığı xarici siyasətin həyata keçirilməsi diplomatların üzərinə böyük məsuliyyət qoyur. Onlar bu işi ölkəmizin maraqlarının təmin olunmasına istiqamətləndirməyə çalışırlar. Bunu bacarırlar ya yox, bu, başqa yazının mövzusudur. 
 
Amma fakt odur ki, fövqəladə və səlahiyyətli səfir, konsullarımız arasında kişilər aktivliyi diqqətdə olur.

Bununla yanaşı, Azərbaycan Respublikasının xaricdəki diplomatik korpuslarında çalışan xanımlar da var.

Qeyd edək ki, Azərbaycan qadınının diplomatiya sahəsindəki ilk uğuru tarixdən də bizə məlum olduğu kimi, orta əsrlədən başlayır. Bu uğur Şərqin ilk diplomat qadını Sara xatunun adı ilə bağlıdır. Adı Azərbaycanın dövlətçilik tarixinə ilk xanım diplomat kimi daxil olan Sara Xatun Ağqoyunlu dövlətinin möhkəmləndirilməsində, onun xarici siyasətinin müəyyənləşdirilməsində və həyata keçirilməsində mühüm rol oynayıb. O, oğlu Uzun Həsənin ən məsul diplomatik tapşırıqlarını böyük səylə və müvəffəqiyyətlə həyata keçirib. 

Bəs Sara xatunun müasir davamçıları çoxdurmu?


Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Modern.az-a açıqlamasında diplomat qadınların sayının çox olduğunu deyib. 

"Azərbaycanın xarici işlər sistemində və bizim diplomatik nümayəndəliklərimizdə qadınların sayı çoxdur. Bu konteks daimi olaraq inkişaf edir. Hazırda Xarici İşlər Nazirliyinin mərkəzi aparatında çalışan qadınların sayı faiz nisbətilə götürdükdə 48- 50% civarındadır. Bu prosesin artması gözlənilir. Çox sevindirici haldır ki, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində də qadınlarımız fəal şəkildə çalışırlar. Coğrafi baxımdan götürsək, Latın Amerikası, Şimali Amerika, Asiya,  Avropa və digər qitələrdə qadınlarımız həmkarları ilə birgə Azərbaycanın maraqları naminə çalışırlar və ölkəmizin maraqlarını layiqincə qoruyurlar”.
 
XİN rəsmisi fövqəladə və səlahiyyətli səfir qadınlardan da söz açıb.
 
"Hazırda səfir statusunda 2 qadın çalışır. Onlardan biri Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanovadır. Digəri isə  Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimovadır. Xatırladım ki, Xanım İbrahimova bu yaxınlarda prezidentin sərəncamı ilə İsveçrəyə səfir təyin olunub”.


Xəbəri paylaş

9008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___