Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan dilinin saflığının qorunmasına həsr olunmuş elmi-praktik konfrans keçirmişdir
Tarix: 04-10-2017 | Saat: 17:47
Bölmə:M / Karusel / Gündəm / Təhsil | çapa göndər

       


    Bu gün  “Azadlıq Hərəkatçıları” İçtimai Birliyi Azərbaycan universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və AMEA-nın Dilçilik İnstitutunun təşkilati dəstəyi ilə  Azərbaycan dilinin saflığının qorunmasına həsr olunmuş elmi-praktik konfrans keçirmişdir. Konfransı giriş sözü ilə açan birliyin sədri, layihənin rəhbəri Təhmasib Novruzov konffransın keçirilməsində başlıca məqsədlərdən söz açdı:
            --Məlum  həqiqətdir ki, hər bir xalqın dili onun mənəvi varlığının başlıca amilidir. Türk dilləri ailəsinə mənsub olan Azərbaycan dili də xalqımızın min illər boyu yaşatdığı, yad təsirlərdən qoruyaraq bu günümüzə qədər qoruyub-saxladığı, inkişaf edtirərək dünyanın ən zəngin dilləri sırasında özünə yer tutmasına nail olduğu başlıca mənəvi dəyərimizdir. Əsrlər boyu əsarətdə, yadellilərin təsiri altında yaşamaq məcburiyyətində qalmasına baxmayaraq, ulularımız bu dili qorumuş, inkişaf etdirmiş, bu günümüzə qədər yaşatmışlar. Hələ Sovet dönəmində dilimizin arxa plana keçməsinə çalışan ittifaq rəhbərliyi ilə yorulmaz və qətiyyətli mübarizə aparan Ulu Öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə dilimizin inkişafına daim xüsusi önəm vermiş, rejimin istəklərinə zidd olan mühüm tarixi qərarların qəbul edilməsinə nail olmuşdur. Ulu öndərin siyasi kursunun müdrik və yaradıcı davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəyə rəhbərlik etdiyi ilk on il ərzində dilimizin inkişafı ilə bağlı iki sərəncam və 2013-cü ilin aprelində Dövlət Proqramı imzalamışdır ki, bu da Dövlətin bu sahəyə nə qədər önəm verdiyini göstərir.2015-ci ilin noyabr ayında AMEA-nın 90 illik yubileyindəki nitqi zamanı ölkə başçısının bu sahədəki qüsurlara ciddi münasibət bildirməsi, dilimizin saflığına xələl gətirən ayrı-ayrı faktlarla bağlı narahatçılığını ifadə edən mesajlar verməsi hər bir ziyalı üçün ciddi siqnal hesab edilməlidir. Lakin təəssüflə qeyd etməliyik ki, Azərbaycan dilinin ayrı-ayrı sahələrdə istifadəsi, hələ də Dövlət başçısının tələbləri səviyyəsindən xeyli aşağıdır. Televiziya və radio proqramlarında, mətbuatda, reklam bazarında, Bakıda və ölkənin digər iri şəhərlərindəki ticarət, iaşə obyektlərində Ana dili normalarının müntəzəm olaraq pozulması halları cəmiyyətin gözü qarşısında baş verir və əksər hallarda vətəndaşlar bunu adi hal kimi qəbul edirlər ki, bu da dilimizin qloballaşan indiki dünyada korlanması, nüfuzdan düşməsi ilə müşahidə olunur. Cəmiyyətdə bu sahəyə loyal münasibətin bəslənməsi isə “Azərbaycan dilinin qloballaşan dünyada təmizliyinin qorunması və dilçiliyin inkişafına dair” Dövlət Proqramından irəli gələn tələblərlə bir araya sığmır. Məhz cəmiyyət, vətəndaşlar, xüsusilə ziyalılar və gənclər bu tarixi proqramın həyata keçməsində fəal mövqe nümayiş etdirməlidir. Hesab edirik ki, layihənin reallaşması zamanı cəmiyyətin Ana dilinin saflığının qorunmasında fəal olmağa səfərbər edilməsi Dövlət Proqramının həyata keçməsinə vətəndaş cəmiyyətinin dəstəyi kimi qəbul olunmalıdır. 
            Konfransda “Azadlıq Hərakatçıları” İctimai Birliyinin SƏS TV onlayn televiziyası ilə birgə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə istehsal etdiyi “Televiziya proqramlarında Azərbaycan ədəbi dili” və “Dilimiz reklamlarda” sənədli filmləri nümayiş etdirildi. Filmlərdə Ana dilinin istifadəsində yol verilən qüsurlardan, dilimizin təmizliyinə xələl gətirən amillərdən bəhs edilirdi. Filmlərin nümayişindən sonra AMEA-nın Diçilik institutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Rasim Heydərov, tanınmış tele-aparıcılar, Respublikanın Xalq Artistləri Ofelya Sənani, Eldost Bayram, Azərbaycan universiteti filologiya  kafedrasının müdiri, filologiya elmləri namizədi,dosent  Ülviyyə Rəhimova, universitetin müəllimi Əminə İbrahimli, tələbələr adından Fəranə Mikayılova çıxış edərək problemin aktuallığı, dilin saflığının qorunmasında cəmiyyətin rolu, movcud qüsurlar və onların aradan qaldırılması yolları barədə fikirlərini konfrans iştrakçıları ilə bölüşdülər.
           Sonda Azərbaycan universitetinin  prorektoru, professor Yusif Qasımlı çıxış edərək tədbirin təşkilatçılarına və konfransda iştrak edən qonaqlara minnətdarlığını bildirdi.
                                                            “Azadlıq Hərakatçıları” İctimai
                                                 Birliyinin Mətbuat Xidməti.




Xəbəri paylaş

9088 dəfə oxunub.

Digər xəbərlər
20-06-2015, 21:47 Yene denizde batan var

bütün xəbərlər
____ Instagram ___