Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
87 Saylı İMAMQULUBƏYLİ qəsəbə məktəbi- Ağdamda bir Cəbhə nümunəsidir!
Tarix: 04-10-2017 | Saat: 17:41
Bölmə:M / Karusel / Gündəm / Təhsil | çapa göndər




Müasir Azərbaycan dövlətinin banisi,ümummilli liderimiz dahi Heydər Əliyev demişdir:  ‘‘Mən yer üzündə müəllim adindan yüksək ad tanımıram‘‘! ‘‘Təhsil  millətin gələcəyidir‘‘! Yaşadığımız hazırki dövrdə cəmiyyətin sağlam,yüksək intellekt səviyyəsinə malik olması bir daha bu misilsiz şüarların nəticəsidir ki,müstəqil dövlətimizin təhsil sektoruna xüsusi diqqət ayıraraq daha da inkişaf etməsini  təcəssüm etdirir.Bugün Azərbaycan dövləti Beynəlxalq siyasi arenalarda lazımi,ələlxüsus da çox yüksək formada çıxış edərək dünya dövlətləri sırasında inkişaf etmiş qabaqcıl dövlət adını qazanmışdır.Beynəlxalq irimiqyaslı infrastruktur layihələrinin ölkəmizdə reallaşdırılması bir daha bu fikirləri söyləməyə zəmin yaradır.

İnkişaf etməkdə davam edən ölkəmizdə aparılan islahatlardan biri də təhsil sektorunda baş verir.Adı çəkilən bu sahəyə ilk öncə peşəkar kadr hazırlığının təşkili son dövrlər daha da təkmilləşmiş formada həyata keçirilir.Ali qanunverici orqan-Milli məclisdə müxtəlif vaxtlarda müzakirəyə çıxarılaraq təhsil sektoruna aid müvafiq qanunvericiliyin tərkib hissəsinə əlavə və dəyişikliklərin edilməsi bir daha Azərbaycan təhsil sisteminin dinamik inkişafına yol açır.Bu dinamik inkişaf da heç şübhəsiz ki,peşəkar kadrlarla,başqa sözlə pedaqoji fəaliyyətlə məşğul olan müəllim heyəti iləbağlıdır.İqtisadi cəhətdən də inkişaf etmiş dövlətimizin potensialı imkan verir ki,təhsil bazasının ilk pilləsindəntutmuş ta yuksək təbəqəsinədək inkişaf davamlı olsun.Bununçün vacib və gərəkli sayılan əyani və qiyabi dərs vəsaitlərinin,tədris avadanliqlarının da mövcudluğu bu inkişafı zərurətə çevirən ən vacib amillərdən hesab edilir.Bu sadalanan amilləri isə sonda qalır ki,bu sahə uzrə məşğul olan müəllim adını daşıyan pedaqoqlar təhsilin ilk pillələrindən sayılan orta ümumtəhsil məktəblərində təhsil alan çoxsayli şagirdlərin maariflənməsi məqsədilə onlara çatdırmaq.Doğrudan da ən xoş və fərəhləndirici ələlxüsus  da fəxr ediləsi bir nemətdir ki,milləti parlaq gələcəyə aparan yolun yolçusu ,yol göstərəni elə məhz müəllim peşəsidir.
 Respublikamızda mövcud olan orta ümumtəhsil məktəblərinin əksəriyyəti,  Dövlət başçımız cənab İlham Əliyevin təsdiqlədiyi  ‘‘Dövlət proqramı”-ndan irəli gələrək müasir formada yenidən qurulmuş ,təmir və bərpa işləri görülməklə minlərlə ölçülən şagirdlərin ixtiyarına verilmiş,bu da öz növbəsindəaparılan tədris proseslərinin dinamik inkişafina təkan vermişdir.Bu orta ümumtəhsil məktəblərindən  biri də doğma  Qarabağımızın ayrılmaz bir tərkib hissəsi olan,  doğma vətənimizə  çoxlu  sayda  görkəmli şəxsiyyətlər  yetirən, ölkəmizin   Musiqi beşiyi sayılan Ağdam rayonunun  Quzanlı  qəsəbəsində yerləşən 87  saylı  İmamqulubəyli kənd orta məktəbidir.Sosial media portallarının birində bu təhsil ocağında yazılan dezinformasiyadan məlumatlı olduqdan dərhal sonra  tərəfimizdən araşdıraraq bizə məlum oldu ki, bu məktəbdə Kimya –Bialogiya  fənnini tədris edən Əsgərova Vəfa  müəllimə ilə direktor Əmirova   Səbahət  müəllimə  arasında  heç bir narazılıq və hansısa problemli münasibət qalmamışdır. Hal- hazırda da 2017-2018-ci illər üzrə olan dərs tədrisi  proqramına müvafiq olaraq  bir daha axarlı surətdə davam etdirilir. Medianın  Qarabağ üzrə bölgə səfərində olarkən burada fəxarət hisslərilə dolu təqdirəlayiq mir mənzərənin şahidi olduq. Döyüş  bölgəsi olaraq  direktor Səbahət Əmirovanın cəsarətli şəkildə öz pedoqoji rəhbərliyinin cəbhəyanı  ərazidə  davam etdirməsi  təqdirəlayiq hal kimi  bizdə də yüksək təsir bağışladıBu təhsil ocağı  1988-ci ildən başlayan  Ermənistan –Dağlıq  Qarabağ münaqişəsinin odlu-alovlu illərinə baxmayaraq  rəşadətli milli ordumuzun  sayəsində və bu münaqişə ocağında  ən çox şəhid  verən  qəhrəman rayon olmaqla bərabər bir neçə kəndini yenə də əldən verməyərək bu gündə öz  uğurlu fəaliyyətini  davam etdirir, eyni  zamanda  da yeni yetişən gənc  nəsli vətənpərvər ruhda  yetişdirir. Qeyd edək ki, bu təhsil ocağının  iki mərtəbəli tədris korpusundan ibarət olmaqla  tabeçiliyində buil üzrə 100-dən artıq şağirdi birləşdirən  bu adı  çəkilən  təhsil ocağıhər cür lazımi inventarlarla təchiz olunmuş bu tədris korpusu 2 mərtəbədən və 30-dan artıq sinif otağı, müəllimlər otağı və digər otaqlardan ibarətdir.  Tabeliyində olan müəllim heyətinin keçirilən fənlərin  tədris proqram cədvəlinə müvafiq  həyata keçirməsini,bir təhsil oçağına rəhbərlik edən direktor Səbahət Əmirovanı  bucür Qaynar nöqtədə olduğunu nəzərə alsaq, onu, bu nöqteyi nəzərdən sözün əsl mənasında, bir  Cəbhənin Elmi-döyüşçüsü kimi adlandırmaq olar!  Niyə də olmasın?  Axı bu vətən , bu yurd- Müqəddəs Tomrislər, Nüşabələr  yurdudur!

Xəbəraz.az”İnformasiya Agentliyi  olaraq  05 OKTYABR Beynəlxalq Müəllimlər  Günü münasibətilə Ağdam rayon, 87 saylı İmamqulubəyli kənd orta məktəbinin  bütün müəllim heyətini başda direktor Səbahət Əmirova olmaqla təbrik edir,onlara Pedoqoji əmək fəaliyyətlərində  yeni-yeni yaradıcılıq uğurları və müvəffəqiyyətlər  arzu edirik!

                                                                                                                            


Xəbəri paylaş

1 2198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___