Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Partiyaların prezident seçkilərinə hazırlığı - hansı qurum namizədini müəyyənləşdirib...
Tarix: 04-10-2017 | Saat: 12:04
Bölmə:M / Karusel / Gündəm | çapa göndər


2018-ci ilin oktyabr ayında Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Adətən siyasi partiyalar seçkilərə bir il qalmış hazırlıq işlərinə start verir, hətta namizədlərini müəyyən edirlər. Daha sonra seçki təbliğatı üçün müvafiq addımlar atılır. 
Azərbaycanda isə hələ ki süstlükdür... Siyasət meydanınında durğunliq hökm sürür.

Xəbəraz.Az xəbər verir ki,modern.az saytı partiyaların seçkilərə hazırlığa başlayıb-başlamadığını öyrənməyə çalışıb. 


Müsavat Partiyasının sədri  Arif Hacılı:

“Müsavat Partiyası bu prinsip əsasında daimi fəaliyyət göstərir. Müsavatda seçki işi ilə məşğul olan xüsusi strukturlar mövcuddur. Seçki islahatları istiqamətində müəyyən addımların atılması ilə bağlı partiyanın təklifləri var. Biz bu təklifləri cəmiyyətin diqqətinə çatdırmaq üçün mətbuatda çıxışlar edirik. Biz referendumun keçirilməsini tələb edirik, proporsional seçki sisteminin tətbiq olunmasını, seçki komissiyalarında hakimiyyətin nəzarətinə son qoyulmasını, paritet əsaslarla seçki komissiyalarının yaradılmasının, prezident seçkilərində bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qadağa qoyan müddəanın bərpa edilməsini, siyasi qüvvələrə bərabərhüquqlu təbliğat hüququnun verilməsi və digər məsələləri tələb edirik. 
Eyni zamanda,  mövcud seçki məcəlləsində namizədlərin görəcəkləri  işlərlə bağlı seçkilərə hazırlıq prosesini davam etdiririk. Müsavat partiyası 2018-ci il prezident seçkilərində iştirak edəcəksə, bu seçkilərdə Müsavat partiyasının keçmiş başqanı İsa Qəmbərin namizədliyini irəli sürmək fikrindədir”.  


Vəhdət Partiyasının sədri Tahir Kərimli: 


“Bizim partiyamız 10 ildən artıqdır ki, mərkəzçi mövqe tutub. Eni zamada bəyan edib ki, Azərbaycanda hər şeydən əvvəl sabirlik gəlir. Mənim deputat platformamın birinci maddəsi bundan ibarətdir. Azərbaycan prezidenti İlham Əliyev sabitliyi ən yüksək dərəcədə təmin edə bilir. Başqa bir namizədin irəli sürülməsi qeyri-ciddi olar. Düşünürəm  ki, Vəhdət Partiyası bu nöqtəi-nəzərdən prezident seçkilərində öz namizədini irəli sürmək iddiasında deyil. Əvvəllər bu hallar olub, amma indi düşünürük ki, ölkəmizdə sabitlik vacib olduğu üçün biz gözləməliyik. Yeni Azərbaycan Partiyası namizədini irəli sürəndən sonra biz bu haqda qərar qəbul edəcəyik. Ona görə də partiyanın Siyasi Şurasında məsələ müzakirə olunan zaman bu barədə rəsmi qərar verəcəyik”.
 
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev:
 
“2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı hələ ki bir qərarımız yoxdur. Biz bütün seçkilərdə iştirak edirik, böyük ehtimalla prezident seçkilərində də iştirak edəcəyik. Hələ bu məsələni müzakirə etməmişik. Hesab edirik ki, bunun üçün qarşıda çox vaxt var”.
 
 Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev:

“Müasir Müsavat Partiyası hər zaman seçkiləri qabaqlayıb. Yəni hər zaman seçkilərlə bağlı hazırlıqlar digər partiyalardan əvvəl başlayıb. Müasir Müsavat Partiyasının Siyasi Şurası seçkilərə hazırlıq barədə 3 ay bundan əvvəl qərar qəbul edib. Bir neçə gün bundan əvvəl keçirilən toplantıda bu məsələ ətrafında müzakirəni daha da möhkəmləndirik. 
Mən Müasir Müsavat Partiyasının sədri kimi partiyanın ali orqanlarını toplayaraq, ölkədə zəhmətkeşlərin, əziyyət çəkən xalqın tələblərini nəzərə alıb, yenidən prezident seçkilərində iştirak etməyimlə bağlı qərar verdik. Bununla bağlı rayonlarda da işləri gücləndirmişik. Partiya prezident seçkilərində sədr olaraq mənim namizədliyimi irəli sürüb. İnanıram ki, 2018-ci ildə keçirilən prezident seçkilərində qalib gələcəyik”.
 
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli:


“Prezident seçkiləri elan olunandan sonra partiyada bu barədə müzakirə olacaq. Bu barədə partiyamızın gələn il keçiriləcək qurultayında qərar veriləcək. Həm prezident seçkilərinə, həm də partiyanın qurultayına çox vaxt var”.
 
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov:


“Azərbaycanda seçkilərə fəqli münasibət var. Ona görə də seçkilərlə bağlı daxildə hər hansı müzakirələr aparılmayıb. Proses yetişəndə AMİP prezident seçkilərinə hazırlıq barədə qərar qəbul edəcək”.
 
Ədalət Partiyasının sədri İlyas İsmayılov:


“Bu bərədə danışmaq hələ ki tezdir. Əgər prezident seçkilərində iştirak etsək, bu bərədə ətraflı məlumat verəcəyik”.
 
Azərbaycan Demokrat Partiyasının(ADP) sədri Sərdar Cəlaloğlu: 


“Hələ ki seçkilərə xüsusi bir hazırlıq görmürük. Seçki ərəfəsinə bir az qalmış lazımlı addımları atacayıq. Amma indi hansısa hazırlığa başlamamışıq”. 
 
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu:
 
“Bütün müxalifət bu qərardadır ki, demokratik mühit yaratmaq üçün mübarizə aparılmalıdır. Biz də bu mühitin yaradılması üçün müəyyən addımlar atacağıq. O ki, qaldı prezident seçkilərinə hazırlığa, bu barədə danışmaq hələ tezdi”.


Xəbəri paylaş

5448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___