Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Eks-deputatın müalicə elətdirilmədən ölümü, övladlarının küskünlüyünə səbəb oldu!
Tarix: 03-10-2017 | Saat: 17:49
Bölmə:M / Karusel / Gündəm / Həftə-Reytinq | çapa göndər



lll çağırış Milli məclisə Cəlilabad Seçki dairəsindən namizədliyi irəli sürülən Aydın Xanhüseyn oğlu Həsənov Parlamentə üzv seçilməklə , fəaliyyəti dövründən üzü bu yana seçicilərin yaddaşında əbədi bir xoş iz salaraq yadda qaldı.
Onun ümumilikdə olaraq fəaliyyət sferasına nəzər salsaq görərik ki, Aydın müəllim, fədakar ömrünün əksər hissəsini dövlətimizin əsas sütunlarından olan Hüquq-mühafizə orqanlarında, o cümlədən, hərbi sahədə də müxtəlif vaxtlarda məsul vəzifələrdə ləyaqətlə çalışaraq dövlətçiliyə müstəsna töhfələr vermişdir.
Baxmayaraq ki, bu fəaliyyət dövrünün bir hissəsi də Sovetlər dönəminə də təsadüf etmiş, bunlara baxmayaraq, bir daha da qədirbilən xalqımız və onun layiqli siyasi rəhbəri, müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli lider, dahi Heydər Əliyev də onun bu xidmətlərini daim yüksək qiymətləndirərək ona böyük etimad göstərmişdir.
Respublikamızın cənub bölgəsi olan Cəlilabad rayonunun çoxsaylı əhalisi , o cümlədən də ziyalı təbəqəsi də, onun bu çoxillik təcrübəsini və təşəbbüskarlığını yüksək dəyərlə qəbul edərək 2005-ci ildə keçiriən 3-cü çağırış Parlament seçkilərinə üzv qəbul edib deputat seçdilər.Aydın müəllimlə bağlı aparılan sorğudan nəticə etibarilə bəlli oldu ki,o seçildiyi dövrün elə ilk günlərindəncə təmsil etdiyi doğma Cəlilabad sakinlərini rayon üzrə təşkil edilmiş səlahiyyətli nümayəndiliyinin binasında qəbul edərək dinləyərək onların rastlaşdığı problemlərin aradan qaldırılması istiqamətində səylər göstərmiş, Parlamentdə bu məsələlərdən irəli gələn mühüm təkliflərini irəli sürmüşdür.
Aydın Həsənovla bağlı aparımış sorğu zamanı onu da bizə bildirdilər ki, Aydın Həsənov bir deputat olaraq rayon mərkəzini birləşdirən bir neçə kəndin avtomobil yollarını bərbad durumdan çıxararaq yeni asfalt örtüklə döşənməsinin təşəbbüskarı olmuşdur.Bundan başqa Aydın Həsənov
Parlamentdə fəaliyyəti dövründə bir çox həmkarları kimi özəlliyi ilə seçilərək yaddaşlarda qalmışdır.Parlamentə hökumət tərəfindən ezam olunmuş bir sıra müxbirlərin Aydın Həsənov barəsində müxtəlif səpkili fikirləri xüsusilə diqqəti çəkir.
"Olaylar İnformasiya Agentliyi"-nin əməkdaşı Alim Hüseynli bildirdi ki:"Aydın Həsənov, həmişə emosianal bir deputat kimi özünü biruzə verib, hərbi qulluq metodları ilə daha çox məşğul olub,hərbi bölgələrə ən çox səfər edən deputatlardandır!" Aydın Həsənovun , ölkəmizin hazırki durumunun müharibə şəraitindəki yaşam tərzini nəzərə alsaq, o zaman onun bucür qətiyyətli və cəsarətli addımlarını çox təqdirəlayiq hal kimi qiymətləndirmək lazımdı.
Onun barəsində digər bir Parlament müxbiri olmuş "Şərq" qəzetinin əməkdaşı Rəşad Baxşəliyev isə öz təəssüratlarını bucür bölüşdü: " Aydın müəllim millət vəkili olaraq Milli Məclisdə bir sıra maraqdoğuran təkliflərilə yaddaqalan olmuşdur,onunla hətta yol yoldaşı da olmuşam, çox səmimi insan olduğunu deyə bilərəm".
Daha bir Parlament müxbiri olan,"Azərbaycan" qəzetinin əməkdaşı Rəşad Cəfərov mediaya olan açıqlamasında bunları söylədi:" Aydın Həsənov Parlamentdəki müzakirələrdə aktiv iştirak edir,Onun ordu ilə bağlı bir sıra yazıları  məqalələrimizdə islahat təklifləri çox qəbuledilən oımuşdur.Gözəl təkliflər irəli sürüb və həm də çox yaxşı bir həmsöhbətdir".
Hörmətli izləyicilər, bir daha bu yazılan və deyilmiş fikirlər sabiq deputat Aydın Həsənovun müsbət xarakterik bir şəxsiyyət olmasının bariz nümunəsidir ki, biz də bunu bir media olaraq kompleksləşdirib sizlərə çatdırırıq.
Nə yazıq ki, bəzən insan ömrü , onun üzərinə düşən taleyüklü məsələləri bütünlüklə həll etməyə imkan vermir. Hələ qədimdən Tibb elminin, Xərçəng adlı zalım xəstəliyin qarşısında aciz qalması, bizim də həmvətənimiz millət vəkili öz ağuşuna alaraq xalqımızın arasından vaxtsız olaraq apardı.
İndi onun özütək ziyalı olaraq yüksək mədəni intellektə malik övladları işsiz bir durumda qalmış, qız övladı isə 1-ci qrup əlillik vəziyyətini alaraq ağır yataq xəstəliyinə düçar olmuş, yaxınlarının bildirdiyinə görə diqqətdənkənar bir vəziyyətlə üz-üzə qalmışlar.
İndi onun doğmalarının, onunla birgə çiyin-çiyinə çalışmış bəzi həmkarlarından haqlı olaraq küskünlük və narazılıq hisslərini ifadə edirlər.Bu narazılığa isə müxtəlif rakursdan baxıb nəzər yetirsək, görərik ki, doğrudan da bu küskünlüyün hardasa baş qaldırmasına bəraət qazandırmaq heç də çətin deyildir.
Onu da indi qeyd edək ki, Aydın Həsənov uzun sürən xəstəlikdən xeyli vaxt ağır xəstə yataraq  naməlum səbəblərdən bir çox bəzi görkəmli şəxslər kimi nə bir  ölkədən qıraqda inkişaf etmiş hər hansı bir Müalicə mərkəzlərinə aparılmamış, sanki bir baxımsız vəziyyətdə qalaraq həmdəmi isə bu dövlət və xalq üçün gördüyü irili-xırdalı  müxtəlif işlər olmuşdur. Və ən nəhayət Aydın Həsənov 15 sentyabr 2017-ci ildə vəfat etmiş, cənazəsi isə onun elə dünyaya göz açdığı doğma Cəlilabada gətirilərək burada dəfn edilmişdir. Mərhumun Şəriət qanunlarından irəli gələrək 40 mərasimi 24oktyabr, 2017-ci ilə təsadüf edir. İnanırıq ki , onu uzun illər parlamentdə və dövlətçilik naminə apardığı xidmətləri nəzərə alınaraq mərhumun yadigarlarlarına diqqət və qayğı şəklində onun müqabilliyində öz dəyərini göstərərək sosial durumlarında bir köməklik edəcək...
Mövzunu diqqətdə saxlayırıq.



1 0208 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
23-13+5=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
24-11-2017
bütün xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
____ Instagram ___