Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kəlbəcər rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirildi
Tarix: 27-09-2017 | Saat: 11:15
Bölmə:M / Karusel / Foto-fakt | çapa göndər



Konfransda Kəlbəcər Rayon İcra Hakimiyyətinin Başçısı cənab Aqil Məmmədov, Təhsil Nazirliyinin nümayəndəsi Hümeyr Əhmədov, təhsil işçiləri, müəllimlər iştirak etdilər.
Rayon Mədəniyyət sarayında keçirilən konfransda rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürova 2016-2017-ci tədris ilində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış etdi. Konfransda həmçinin rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov , Təhsil Nazirliyinin nümayəndəsi Hümeyr Əhmədov və "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov da çıxış etdilər. Məruzə və çıxışlarda respublikamızda, o cümlədən rayon təhsilinin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident cənab İlham Əliyevin bu sahədə gördüyü ardıcıl tədbirlərdən, habelə Heydər Əliyev Fondunun xidmətlərindən ətraflı bəhs olundu.
Sonda 2017-ci ildə keçirilmiş ali məktəblərə qəbul imtahanları zamanı 600-dən yuxarı bal toplamış 30 məzuna "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən pul mükafatları təqdim olunmuşdur.



Xəbəri paylaş

1 4428 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___