Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yazıçılar Birliyi ilə bağlı məsələ Milli Məclisdə müzakirə ediləcək
Tarix: 13-09-2017 | Saat: 11:55
Bölmə:M / Filmlər / Gündəm | çapa göndər

Yazıçılar Birliyi ilə bağlı məsələ Milli Məclisdə müzakirə ediləcək
"Azərbaycan Yazıçılar Birliyinin binasının birinci mərtəbəsində fəaliyyət göstərmiş kafe məsələsi artıq bir neçə gündür ki, ictimaiyyətin diqqətindədir. Müxtəlif fikirlər səsləndirilir, uduzan isə ümumən cəmiyyətimizdir".
Bu barədə millət vəkili Aydın Mirzəzadə sosial şəbəkədə fikirlərini yazıb.
Millət vəkili bildirib ki, problemin həlli çox sadədir:
“AYB-nin illik büdəcəsinə dövlət tərəfindən ildə əlavə olaraq 100-200 min manat artıq vəsait ayrılsın. Bunu etmək dövlətimizin gücündədir. Bu təklifi Milli Məclisin payız sessiyasında büdcə müzakirəsi zamanı qaldırmaq fikrindəyəm. Qoy Yazıçılar Birliyi üzvlərinin ortaya çıxan bir sıra problemlərinin həllində sıxıntı keçirməsin, tribunalardan sözümüzü daha inamla desin.
Tarix sübut edir ki, ədəbiyyata sərf edilən vəsait sonradan artıqlaması ilə xalqın mənəviyyatının zənginləşməsi ilə geri qayıdır.
Kafe yerləşmiş birinci mərtəbədəki sahəni isə hansısa bir təşkilat, məsələn, SOCAR müasir səviyyədə təmir edib uşaq ədəbiyyatı mərkəzinə çevilrməsinə kömək edə bilər.
Dəyərli yazıçılarımız isə onlara xas olmayan işdən azad olub, bizləri özlərinin yeni əsərləri ilə sevindirə bilərlər”-deyə, millət vəkili bildirib.


Xəbəri paylaş

6068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___