Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının iclası 2016-cı ildə Bakıda keçiriləcək
Tarix: 29-06-2015 | Saat: 22:48
Bölmə:M / Karusel / Siyasət / M2 | çapa göndər

Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının iclası 2016-cı ildə Bakıda keçiriləcək

Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) dövlət satınalmalarının auditi üzrə xüsusi qrupunun 3-cü iclası 2016-cı ildə Bakıda keçiriləcək.

Xeberaz.az xəbər verir ki, ANS PRESS Azərbaycan Hesablama Palatasının saytına istinadən məlumat verir ki, Moskva şəhərində xüsusi qrupun 2-ci iclası öz işinə başlayıb. Ev sahibi – Rusiya Federasiyası Hesablama Palatasının rəsmisi açılış mərasimində çıxış edərək iştirak edən nümayəndə heyətlərini salamlayıb.

Xüsusi qrupun görüşündə iştirakçı dövlətlərin nümayəndə heyətləri dövlət satınalmalarının iqtisadi fəaliyyətin dövlət tənzimlənməsində rolu və funksiyaları, bu sahəni tənzimləyən qanunvericilik aktları və iştirakçı ölkələrin təcrübəsi ilə bağlı təqdimatlarını diqqətə çatdırıblar.

Eyni zamanda, dövlət satınalmalarının auditi və Ali Audit Qurumlarının bu nəzarət tədbirlərinin icrası prosesində üzləşdiyi problemlər və onların həll yolları, həmçinin qabaqcıl təcrübələrdən istifadə imkanları müzakirə edilib.

Görüşün yekununda Azərbaycan Hesablama Palatasının nümayəndə heyəti iştirakçıları INTOSAI-nin xüsusi qrupunun 2016-cı ildə Bakıda keçiriləcək 3-cü görüşünə dəvət edərək Azərbaycanın paytaxtı Bakı şəhərinin qonaqpərvərliyi və beynəlxalq tədbirlərin keçirilməsində artıq təsdiq olunmuş təcrübəsi, o cümlədən, Bakıda keçirilən Avropa oyunları barədə məlumat verib.

Qeyd edək ki, iclasda Azərbaycan, Rusiya, Belarus, Ermənistan, Zambiya, Qırğızıstan, Çin, Portuqaliya və Sloveniyanın ali maliyyə nəzarəti orqanlarının nümayəndələri iştirak ediblər.


Xəbəri paylaş

5908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___