Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mehriban Əliyeva: Heç bir qüvvə bizi qorxuda bilməz (VİDEO)
Tarix: 29-06-2015 | Saat: 19:57
Bölmə:M / Karusel / Siyasət / M2 / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Mehriban Əliyeva: Heç bir qüvvə bizi qorxuda bilməz (VİDEO)
Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini birinci xanıma təqdim edib.
Birinci Avropa Oyunlarında qalib gəlmiş azərbaycanlı idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olmuş xarici tərəfdaşlarla görüş keçirilib.

Xeberaz.az ANS TV-nin məlumatına görə, prezident İlham Əliyev, xanımı, “Bakı 2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

Dövlət başçısı mərasimdə nitq söyləyib:

"Bütün işlər ən yüksək səviyyədə görülmüşdü. Oyunların keçirilməsində heç bir problem yaşanmayıb. Təşkilat Komitəsinə rəhbərlik edən Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirirəm. O, bu oyunların keçirilməsinə çox böyük töhvə verib, Oyunların bu səviyyədə keçirilməsi üçün canını qoydu. Bu, tarixi qələbədir. Azərbaycan idmanının və dövlətinin qələbəsidir. Əziz idmançılar mən sizi öpürəm, bağrıma basıram, sağ olun”.

Sonra mükafatlandırma mərasimi olub. Yarışlarda nəticələr əldə etmiş idmançıların, yarşıların təşkilində əməyi olan şəxslər mükafatlandırılıblar.

“Bakı 2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov çıxış edərək Oyunların yüksək səviyyədə təşkilində fəal dəstəyinə görə dövlət başçısına minnətdarlıqlarını çatdırıblar.

Mərasimdə Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Əliyevanın “Heydər Əliyev” ordenilə təltif edilməsi barədə Azərbaycan Respublikasını Prezidentinin Sərəncamı oxunub.

Dövlət başçısı “Heydər Əliyev” ordenini Mehriban Əliyevaya təqdim edib.

Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyeva deyib ki, siz bir daha bütün dünyaya sübut etdiniz ki, heç bir qara qüvvə bizi hədəf seçib, qorxuda bilməz, ədalət, xoş niyyət və xalqla birlik hər zaman zəfər çalacaq.

Daha sonra birinci Avropa Oyunlarının möhtəşəm açılış və bağlanış mərasimlərini, yarışlarda ən yaddaqalan məqamları, o cümlədən Azərbaycan idmançılarının çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.


Xəbəri paylaş

5338 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___