Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə birləşdirilməlidir-Səbəb
Tarix: 24-08-2017 | Saat: 18:39
Bölmə:M / Karusel / İqtisadiyyat / Xəbəraz-ın debatı | çapa göndər


Bu gün mətbuatda Bakı şəhərində ağacların qırılması ən aktual mövzulardan hesab olunur.Bu səbəbdən bir az əvvəl Faktinfo.az saytında yayımlanan "Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə birləşdirilməlidir" başlıqlı məqaləni Xəbəraz.az oxucularına təqdim edir. 

Günün aktual mövzularından biri də Bakı şəhərində ağacların qırılması məsələsidir. Sosial şəbəkələrdə “dartışılan” bu mövzuya laqeyd yanaşmaq, səssiz qalmaq olmur. Çünki, dünya ekoloji tarazlığı müzakirə edib, ekoloji tarazlığın pozulmasının qarşısını almaq istədiyi bir vaxtda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhərində qanunsuz qırılan qiymətli ağaclara dair hərəkətə keçdi, onlarla şəxsə cərimələr yazıldı, toplanmış materiallar Respublika Prokurorluğuna göndərildi.

Bir daha ictimaiyyətə bəlli oldu ki, qanunsuz şəkildə qiymətli ağacların qırılması faktı hələ də mövcuddur, təəssüflər olsun ki, bu gün də  ağrılı məsələ kimi müzakirə mövzusu olaraq qalır. Bir sözlə, Bakı şəhərində yaşıllıqların qorunması üçün Yaşıllaşdırma  Təsərrüfatı Birliyi  adlı qrum mövcud olsa da , hər dəfə  ETSN hərəkətə keçir.
Elə bu və ya digər səbəbdən Faktinfo.az olaraq hesab edirik ki, Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyi  Ekologiya və Təbii Sərvətlər Nazirliyinə birləşdirilməlidir. Çünki, Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyinin yalnız adı var. Ağacların qırılmamasına bir başa məsul olan idarə nə işlə məşğuldur, bilən yoxdur.
Bu, indiki böhran şəraitində idarəetmənin optimallaşdırılması baxımından da önəmlidir. Məsələ burasındadır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi varsa, ağacların mühafizəsinə, ətraf mühitin qorunmasına və yaşıllaşdırılmasına dair bir neçə idarənin mövcudluğu,  idarələrin saxlanılması  vəsait israfçılığıdır.
Subyektiv fikrimizdir, Bakı şəhər Yaşıllaşdırma  Təsərrüfatı Birliyi  ETSN-nə birləşdirilərsə, paytaxtda ağacların qırılmamasına dair məsuliyyət yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə düşər, nazirlik qırılan ağaclara dair məsuliyyəti bölüşməz.
Fuad İsgəndərov
Faktinfo.az


Xəbəri paylaş

3 4648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___