Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Biz ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən fərəhlənirik"
Tarix: 28-06-2015 | Saat: 22:37
Bölmə:M / Karusel / Gündəm / M2 | çapa göndər

"Biz ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən fərəhlənirik"
Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva birinci Avropa Oyunlarının rəsmi bağlanış mərasimində çıxış edib
"Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri İlham Əliyev, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Avropa Oyunlarının atletləri, xanımlar və cənablar. İlk Avropa Oyunlarının bağlanış mərasiminə xoş gəlmişsiniz. Hörmətli həmvətənlər, birinci Avropa Oyunlarının uğurla başa çatması münasibətilə sizi ürəkdən təbrik edirəm. Oyunlar zamanı Azərbaycan yığma komandasına, Avropa atletlərinə və çoxsaylı qonaqlarımıza göstərdiyiniz dostluq, qonaqpərvərlik və dəstəyə görə sizə dərin minnətdarlığımı bildirirəm. Müstəqil Azərbaycana yeni qələbələr, Azərbaycan xalqına xöşbəxtlik və əmin-amanlıq arzulayıram".

Xeberaz.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bunu Azərbaycanın birinci xanımı, Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva birinci Avropa Oyunlarının rəsmi bağlanış mərasimində çıxışı zamanı deyib.

Mehriban Əliyeva qeyd edib ki, artıq ilk Avropa Oyunları başa çatır: "Ötən 17 gün Azərbaycanın tarixində əlamətdar və yaddan çıxmaz günlər oldu. Biz ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən fərəhlənirik, qürur hissi duyuruq ki, Azərbaycan öz üzərinə götürdüyü öhdəliyi cəmi 2 il yarım ərzində reallığa çevirdi və ən yüksək standartlara uyğun idman tədbirini keçirdi".


Xəbəri paylaş

5498 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___