Prezident sərəncam verdi - Bu qurumlara pul ayrıldı
Tarix: 14-08-2017 | Saat: 22:51
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Prezident İlham Əliyev Azərbaycan Respublikasında mədəniyyət sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Mədəniyyət sahəsinə dövlət qayğısının gücləndirilməsi, mədəniyyət obyektlərinin tikintisi və təmiri işlərinin davam etdirilməsi, habelə bərpa-tamamlama işlərinin sürətləndirilməsi məqsədi ilə verilən sərəncamda aşağıdakılar nəzərdə tutulub.
1. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 6,987 milyon (altı milyon doqquz yüz səksən yeddi min) manat, o cümlədən:
1.1. Bakı şəhəri Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən H.Abbasov adına Mədəniyyət Mərkəzinin tikintisinin və təchizatının tamamlanması üçün 1,272 milyon (bir milyon iki yüz yetmiş iki min) manat;
1.2. Bakı şəhəri Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzinin tikintisinin və təchizatının tamamlanması üçün 1,932 milyon (bir milyon doqquz yüz otuz iki min) manat;
1.3. Bakı şəhəri Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzinin tikintisinin və təchizatının tamamlanması üçün 1,208 milyon (bir milyon iki yüz səkkiz min) manat;
1.4. Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 21 nömrəli Musiqi Məktəbinin tikintisinin və təchizatının tamamlanması üçün 1,370 milyon (bir milyon üç yüz yetmiş min) manat;
1.5. Bərdə şəhərində yerləşən “Allah-Allah” türbəsinin bərpası işlərinin tamamlanması üçün 1,205 milyon (bir milyon iki yüz beş min) manat vəsait ayrılsın.
Xəbəri paylaş
9448 dəfə oxunub.
Digər xəbərlər

7-02-2017, 10:43
Aparıcı Putinə “qatil” dedi, Tramp isə... - Video
30-03-2017, 19:49
"Təranə Qumralın avtomobilinə həbs qoyulsun!" - Nazənindən ŞOK TƏLƏB
8-07-2015, 13:15
SƏLAHƏT AĞAYEV AZƏRKEŞLƏRƏ SƏSLƏNDİ VİDEO
15-10-2016, 01:43
Peyğəmbərimizə qarşı hörmətsizlik - AŞPA-da
14-07-2017, 19:51
Azərbaycan əhalisi içki və siqaretə 816 milyon manat xərcləyib
2-06-2015, 14:31
Maştağada borca görə qətl törədən Xızı sakini 18 il cəza aldı
5-05-2016, 10:40
Kənan Hacı: “Ramiz Rövşənə böhtan atmaram”
19-12-2016, 20:55
Rusiyanın Ankaradakı səfirliyinə silahlı hücum: səfir ağır yaralandı