Əli Həsənovun nəvəsi lüks kameraya köçürülüb? - Rəsmi açıqlama
Tarix: 13-08-2017 | Saat: 22:07
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Ədliyyə Nazirliyi Penitensiar Xidməti Əli Həsənovun nəvəsinin lüks kameraya köçürülməsi iddiasına münasibət bildirib.
“Xəbəraz.Az” xəbər verir ki, dünən musavat.com-da baş nazirin birinci müavini, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun həbsdə olan nəvəsi Nail Allahverdiyevin lüks kamerya köçürülməsi ilə bağlı məlumat dərc edilmişdi.
Məsələ ilə bağlı Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov bildirib ki, nə Nail Allahverdiyevə, nə də digər məhbuslara həbsxanada xüsusi imtiyazla şərait yaradılmayıb yaradıla da bilməz.
Polkovnikin sözlərinə görə, istintaq təcridxanası beynəlxalq satandartlara uyğun inşa edilib və bütün kameralarda saxlama şəraiti eynidir:
“Həmin kameralarda dustaqlara xüsusi imtiyazların göstərilməsindən söhbət gedə bilməz. Kameralar 2, 4 və 6 nəfərlikdir. Hər birində də şərait eynidir”.
M.Sadıqov kameralarda televizor və kondisioner olması məsələsinə də münasibət bildirib:
“2008-ci ildə qanununvercilikdə dəyişiklik ediləndən sonra bütün kameralarda televizorlar quraşdırılıb. Kameralarda “ventilyator”a icazə verilsə də, kondinsionerdən söhbət gedə bilməz”.
Bildirək ki, törətdiyi avtomobil qəzası ilə iki nəfərin ölümünə, iki nəfərin isə ağır yaralanmasına səbəb olan Nail Allahverdiyev həbs edilib. Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanılmış cinayət işi üzrə 1994-cü il təvəllüdlü Nail Allahverdiyev barəsində məhkəmənin hökmü ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına köçürülüb.
Xəbəri paylaş
7648 dəfə oxunub.
Digər xəbərlər

11-12-2016, 22:36
“Qalatasaray”ın futbolçusu qol vurdu, hamını ağlatdı - VİDEO
12-03-2018, 14:51
“Ana-bacınızı söyməyəcəm...” - Mirşahindən cavab
11-04-2015, 13:57
İlham Əliyev Astaradadır - YENİLƏNİB
13-02-2017, 17:03
Daha hansı qurumlar ləğv edilə bilər?
6-10-2015, 16:34
Gizli sevgi yaşayan gəlinlə qayınatanın 14 il öncəki cinayəti açıldı
5-08-2016, 14:36
Cəbhədə erməni TƏXRİBATI: əsgərimiz yaralandı
10-10-2021, 11:43
“Modern Hospital”da ölənlərin sayı niyə artır ?- Hospitalın real gəliri və ödədiyi vergi nə qədərdir ?
19-02-2016, 15:22
Əməliyyat keçirildiyi deyilən məşhur restoranın sahibi danışdı
21-01-2018, 15:04
Bakıda 2 nəfər dəm qazından zəhərləndi - Biri öldü