Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Müharibə planı HAZIRDIR: Məhv ediləcək obyektlərin SİYAHISI
Tarix: 10-08-2017 | Saat: 11:18
Bölmə:M / Karusel / Hadisə / Dünya | çapa göndər

Müharibə planı HAZIRDIR: Məhv ediləcək obyektlərin SİYAHISI
Amerika hərbçiləri Koreya Xalq Demokratik Respublikasının (KXDR) hərbi obyektlərinə önləyici zərbə planını hazırlayıblar.
Bu haqda NBC telekanalı bildirib.
Telekanalın məlumatına görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) planın həyata keçirilməsi üçün prezident Donald Trampın əmrini gözləyir.
Telekanalın ABŞ Silahlı Qüvvələrindəki mənbələri izah ediblər ki, Quam adasında yerləşən “Andersen” bazasından B-1B Lancer strateji bombardmançıların hücumu Pentaqonun planında əsas yer tutur. B-1B Lancer səsdən surətli strateji bombardmançıdır. O göyərtəsində 56 ton raket və bomba daşıya bilər. Hədəflər kimi raket sınaqları və onların işə salınması üçün istifadə olunan təxminən 20 meydança, həmçinin texniki təminat obyektləri nəzərdə tutulub.
Koreya hərbiçiləri də əmr gözləyirlər
Xatırladaq ki, dünən Koreyanın Mərkəzi Teleqraf Agentliyi (STAK) Koreya xalq ordusunun strateji güclərinin komandanı Kim Pak Qemin bəyanatını dərc edib. Bəyanatda bildirilir ki, Pxenyan Quam adasında yerləşən Amerika bazasına “Xvason-12” ballistik raketlərlə hücüm etməyə hazırdır.
“Koreya xalq ordusunun strateji gücləri Quam adasında yerləşən düşmən güclərinə “Xvason-12” orta mənzilli dörd raketlə eyni vaxtda zərbənin vurulması planına ciddi olaraq baxır”, - bəyanatda deyilir.
Şimali Koreya hərbiçilərin sözlərinə görə, bu plan yaxın günlərdə Kim Çen Inın müzakirəsinə təqdim ediləcək və strateji güclər onun əmrini gözləyəcəklər.
“Atəş və qəzəb”
Pxenyanın təhdid dolu bəyanatından bir gün əvvəl isə ABŞ prezidenti KXDR-i hədələyib. Tramp jurnalistlərlə ünsiyyət saxlayaraq bildirib ki, Şimali Koreya üçün ABŞ-ı hədələməsi daha yaxşıdır.
“Əks halda onlar daha əvvəl dünyanın görmədiyi atəş və qəzəblə görüşəcəklər”, - “Röyters agentliyi Trampın sözlərini sitat gətirib.
Pentaqon rəhbəri Ceyms Mettis də dünənki bəyanatında KXDR-yə xəbərdarlıq edib.
“Koreya Xalq Demokratik Respublikası nüvə proqramını dayandırmalı, rejimin sonuna və xalqının həlak olmasına gətirib çıxaracaq addımlardan imtina etməlidir. Kim Çen In (Koreya Xalq Demokratik Respublikasının lideri – red.) BMT Təhlükəsizlik Şurasının vahid mövqeyini və dünya hökumətlərinin bəyanatlarını qəbul etməlidir. Onlar razılaşıblar ki, Koreya Xalq Demokratik Respublikası qlobal təhlükəsizlik və sabitlik üçün təhlükə təşkil edir”, - Pentaqon rəhbərinin bəyanatında deyilir.
Yeni sanksiyalar
Ötən həftənin şənbə günü BMT Təhlükəsizlik Şurası Koreya Xalq Demokratik Respublikası üzrə yeni qətnaməni yekdilliklə qəbul edib. Qətnamə ölkəyə qarşı sanksiyaları sərtləşdirir. ABŞ-ın hesablamalarına görə, məhdudiyyətlərin tam icrası Pxenyanın illik valyuta gəlirlərini indiki 3 milyard dollardan 1 milyard dollar qədər azaltmağa imkan verəcək.
Pxenyan isə BMT Təhlükəsizlik Şurasının sənədini “qanqster hərəkəti” adlandırıb və qarşı tərəfi “strateji addımlarla” hədələyib.
(publika)



Xəbəri paylaş

8978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___