DİQQƏT: "Sahil" metrosu təmirə bağlanır - DƏQİQ TARİX AÇIQLANDI
Tarix: 10-08-2017 | Saat: 11:03
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş Bakı metropoliteninin inkişafına dair Dövlət Proqramında stansiyaların yenidən qurulması, əsaslı təmiri və müasir avadanlıqlarla (işarəvermə, rabitə, teleidarəetmə, eskalator, ventilyator və s.) təchiz olunması nəzərdə tutulub.
Metropolitenin 1967-ci ildə istismara verilən ilk 5 stansiyasından biri olan «Sahil» stansiyasında eskalatorların istismar müddəti başa çatıb və onların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb.
Dövlət proqramına uyğun olaraq, «Sahil» stansiyasında aparılacaq əsaslı təmir müddətində quraşdırılmış «LT-3» tipli 3 eskalator sökülərək, yerində Almaniyanın «ThyssenKrupp Fahrtreppe» şirkətinin «Viktoriya» tipli 4 eskalatoru quraşdırılacaq. Qeyd edək ki, buna qədər «28 May» stansiyasında aparılmış yenidənqurma tədbirləri çərçivəsində sökülmüş 3 eskalatorun əvəzinə onların yeni tipli 4 analoqu quraşdırılıb.
Bildirilir ki, «Sahil» stansiyasında quraşdırılacaq eskalator əvvəlki nəsil eskalatorlardan bir çox üstünlükləri ilə fərqlənəcək.
Eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunması da nəzərdə tutulub. Bu işlər çərçivəsində stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar yenilənəcək.
Eskalatorların yenisi ilə əvəzlənəcəyi və əsaslı təmir işlərinin yerinə yetiriləcəyi müddət ərzində, birçıxışlı olduğu üçün, “Sahil” stansiyasının bağlanması zərurəti yaranıb.
Qurum sərnişinlərin diqqətinə çatdırır ki, «Sahil» stansiyası avqustun 20-dən sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq və qatarlar bu stansiyada dayanmadan «İçərişəhər» və əks istiqamətdə hərəkət edəcək. Təmir işlərinin 2018-ci ilin iyun ayının sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur.
Əsaslı təmirin aparıldığı müddət ərzində sərnişinlərdən getdikləri ünvanı əvvəlcədən nəzərə alaraq, metronun «Sahil» stansiyasına yaxın olan «İçərişəhər» və «28 May» stansiyalarının xidmətindən istifadə etmələri xahiş olunur.
Xəbəri paylaş
7318 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 10-08-2017 | Saat: 11:03
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
«Sahil» stansiyası əsaslı təmir işlərinin aparılması məqsədilə bağlanacaq.

11-08-2023, 14:03
7-ci dəfə evlənir: "Təklik Allaha məxsusdur"
22-06-2017, 21:03
Ana və oğlu "şeytan çarxı"ndan yıxılıb öldülər - VİDEO
4-03-2017, 00:26
Birinci xanım xəstə uşaqlara nağıl oxudu - Fotolar
9-02-2016, 15:29
Dollar bütün dünyada ucuzlaşmağa başladı
19-02-2017, 11:43
Abadi də təsdiqlədi: "Hücuma başladıq"
23-07-2016, 16:37
Ramil Usubov Əli Həsənovun qohumuna yeni vəzifə verdi
23-08-2016, 09:47
Una mənşəyi bilinməyən maddə qarışdırılır
13-08-2020, 11:01
Evində təşkil etdiyi şənlikdə döyüldü - FOTOLAR
16-02-2019, 10:28
Azərbaycanda övladı olmayan ər və arvad özlərini asdılar