Hökumət tam tərkibdə istefaya getdi
Tarix: 03-08-2017 | Saat: 10:59
Bölmə:M / Karusel / Siyasət / Dünya | çapa göndər
Avqusutun 3-də Yaponiya hökuməti Baş nazir Şinzo Abenin Nazirlər Kabinetinin tərkibində aparacağı dəyişikliklərlə əlaqədar tam tərkibdə istefa verib. Nazirlər Kabineti dəftərxanasının yaydığı məlumata görə, hökumətin fövqəladə iclasında onun bütün üzvləri müvafiq ərizə ilə çıxış ediblər və bu ərizələr Baş nazir tərəfindən qəbul edilib.
“Xəbəraz.Az” Azərtac-a istinadən xəbər verir ki, yaxın saatlarda hökumətin yeni tərkibinin elan ediləcəyi gözlənilir. Yaponiyada hökumətin tam tərkibdə istefaya getməsi Nazirlər Kabinetinin tərkibində yerdəyişmələrin həyata keçirilməsi üçün nəzərdə tutulan zəruri prosedurdur.
İstefa verən hökumət öz vəzifələrini günün ikinci yarısına qədər formal şəkildə davam etdirəcək. Məhz həmin vaxt yeni kabinetin tərkibinin elan ediləcəyi gözlənilir. Yerli KİV-in verdiyi məlumata görə, Baş nazir yeni kabinetdə müdafiə və xarici işlər nazirləri də daxil olmaqla nazirlərin yarısını dəyişməyi planlaşdırır.
Xatırladaq ki, Yaponiya hökumətinin tərkibində dəyişikliklər hakim Liberal Demokratik Partiyasının və onun lideri Baş nazir Şinzo Abenin reytinqinin aşağı düşməsi fonunda baş verir. Ş.Abe Nazirlər Kabinetinin tərkibində aparacağı dəyişikliklər yolu ilə düşməkdə davam edən reytinqi və seçicilərin inamını bərpa etməyə çalışır.
Xəbəri paylaş
5748 dəfə oxunub.
Digər xəbərlər

17-03-2015, 01:04
Zakir Qaralovu qəbul edib Ərdoğan
7-07-2017, 18:00
Hamburqda G20 sammiti keçirilir
21-04-2016, 01:03
Daha bir bankın rəhbərliyində dəyişiklik
31-07-2021, 10:54
DİN polisin bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB
23-02-2016, 18:46
Homoseksual aktyor həyat yoldaşı ilə - fotolar
5-11-2016, 16:49
“13 dəqiqəyə “20 Yanvar” partlayacaq...” dedi - Həbs olundu
11-02-2016, 18:28
"Oturub çoxlu ağlayıram" VIDEO
22-02-2016, 14:40
Zövqlü qadın olmağın 5 qaydası - FOTOLAR
10-03-2016, 12:35
Afaq Aslan: "Tanınmış iş adamı mənə bir gecə üçün 100 min təklif edib"
6-08-2015, 00:17
Kök kişilərin diqqətinə! Artıq çəki seks istəyini azaldır