Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Qarabağ" yeni tarix yaza biləcək?
Tarix: 01-08-2017 | Saat: 16:50
Bölmə:M / Karusel / İdman | çapa göndər



Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. 

İlk oyun gününün yeganə qarşılaşmasında Azərbaycan çempionu "Qarabağ" meydana çıxacaq.  

Ağdam təmsilçisi səfərdə Moldovanın “Şerif” klubu ilə qarşılaşacaq. Bakıda keçirilən matçda qolsuz heç-heçə qeydə alındığından hər iki komandanın mərhələ keçmək şansı var.

Qeyd edək ki, “Qarabağ” mərhələni keçəcəyi təqdirdə Azərbaycan futbolunda yeni tarix yazacaq. Çünki indiyədək heç bir klubumuz Çempionlar Liqasının pley-off mərhələsinə yüksələ bilməyib. Qurban Qurbanovun komandası isə son üç mövsümdə  “Zalsburq”, “Seltik” və “Viktoriya” səddində ilişib.
 
1 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsi, cavab oyunu
21:00. “Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan)
İlk oyun – 0:0
Baş hakim: Roy Reynşreyber
Baş hakimin köməkçiləri: Amihay Yehoşua Mozes, Dan Uçeniç
Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)
Tiraspol. “Şerif” stadionu


Xəbəri paylaş

8538 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___