Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
6 tələbənin ölümünə səbəb olan sürücüyə HÖKM OXUNDU
Tarix: 01-08-2017 | Saat: 16:27
Bölmə:M / Karusel / Gündəm / Hadisə | çapa göndər



Sumqayıt yolunda 6 tələbənin ölümünə səbəb olmaqda təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Namiq Hüseynov 10 il azadlıqdan məhrum edilib.
****
Sumqayıt yolunda 6 tələbənin ölümünə səbəb olmaqda təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxış edib.  N.Hüseynov özünə güllənmə cəzası tələb edib: "Bu cəza mənim ömrüm boyu üzərimdədir. Qan almaq istəyirsinizə, 5 övladım var, onları da salın içəri ölsünlər. Görək, onda uşaqlarınız geri qayıdacaq?"
Bu zaman prosesdə təqsirləndirilən şəxslə zərərçəkmişlər arasında mübahisə düşüb.
Prosesdə fasilə elan edilib.
----------
15:47
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 5 il sürücülük hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum olunmasını, eyni zamanda zərərçəkənlərin mülki iddialarının təmin edilməsini istəyib.
 
Qeyd edək ki, bu il martın 9-da Abşeron rayonunda Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 6 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Sərnişinlər Sumqayıt Dövlət Universitetinin tələbələri olub.
 
Sürücüyə Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürüb.


Xəbəri paylaş

1 1398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___