Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
FHN rəhbəri qəbula hazırlaşır
Tarix: 27-06-2015 | Saat: 16:45
Bölmə:M / Karusel / Gündəm / M2 / Fotogalereya | çapa göndər

FHN rəhbəri qəbula hazırlaşır
Kəmaləddin Heydərov Göyçayda müraciətlərə baxacaq.
Xeberaz.az xəbər verir ki, Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək. FHN-dən ANS PRESS-ə verilən məlumata görə, qəbul 30 iyun saat 11:00-da Göyçay şəhərində, Heydər Əliyev Mərkəzində baş tutacaq.

Qəbulda yalnız Göyçay, Ucar, Zərdab, Kürdəmir rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.

Vətəndaşların qeydiyyatı Heydər Əliyev Mərkəzində (ünvan: Göyçay şəhəri, Heydər Əliyev prospekti 81) 29 iyun 2015-ci il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Xatırladaq ki, dövlət məmurları müntəzəm olaraq regionlarda vətəndaşların qəbulu həyata keçirirlər.


Xəbəri paylaş

5868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___