Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gəlinini imtahana gətirən qayınana - REPORTAJ
Tarix: 27-07-2017 | Saat: 17:34
Bölmə:M / Karusel / Təhsil / Reportaj | çapa göndər



"Gəlin mənim süpürgəmdir. Harda qoysam, orda dayanacaq". Məşhur "Qayınana" filmindən ölməz sənətkarımız Nəsibə Zeynalovanın dillər əzbəri olan ifadəsini yəqin xatırladınız. Amma bu gün gördüklərimiz onu deməyə əsas verir ki, indi əksər gəlinlər süpürgə deyil. Hətta qaynanalar özü belə gəlinin süpürgə olmasını istəmir. Çünki zaman ötüb, illər keçdikcə cəmiyyətdə ailəyə baxış və münasibət dəyişir.
 
Elə bu gün gəlinini müəllimə olmaq üçün Gəncədən Bakıya imtahana gətirən qaynana Mərquşə İbrahimova da deyir ki, ömrünün 37 ilini müəllimlik peşəsinə həll edib. Gəlininin də müəllimə olması və işləməsi üçün əlindən gələn köməyi əsirgəmək fikrində deyil: "Mən, ümumiyyətlə, təhsilə önəm verirəm. Gəlinim də qonşumdur, oğlum sevmişdi. Mən də  şükür edirəm Allaha ki, belə bir gəlin qarşıma çıxıb. Hər bir ailəyə belə gəlin arzu edirəm. Qızım, müəllimə olmaq da asandır, qaynana olmaq da asandır. Əsas həyatda insan olmaqdır. İnsan olub, gənclərin istəklərinə hörmətlə yanaşmaq lazımdır ki, sonradan ailə peşmançılıq yaşanmasın. Deyirlər atalarımız ki, "gəlinin gəldiyi ev gərək gəlin ola".
 
Mərquşə ananın gəlini Gülnar xanım da 6 min müəllim kimi bu gün imtahan verib. İmtahandan həyəcanlı çıxmışdı: "O, mənim qaynanam deyil, anamdır. 13 ildir bu ailənin gəliniyəm. İki övladım var, oğlum 3-cü, qızım 4-cü sinifdə oxuyur".
 
Şəmkirdən anası ilə birgə imtahana gələn 11 yaşlı Asəf Nağıyev isə deyir ki, o, anasından daha çox həyəcanlıdır: "Anamla gəlmişik ki, o, imtahanda iştirak etsin. Dualarım onunladır. Çox istəyirəm ki, bizim məktəbdə işləsin. O, yanımda olanda ürəyim rahat olur".
 
33 yaşlı Rəsul İbrahimov həyat yoldaşını Ağcabədidən Bakıya imtahana gətirib. Gənc ailənin iki azyaşlı övladı var. Buna baxmayaraq, Rəsul bəy hesab edir ki, həyat yoldaşına müəllimə peşəsinə yiyələnmək üçün mütləq onun dəstəyi lazımdır: "İşləmək gözəldir. Özüm istəyirəm ki, o işləsin. Baxmayaraq ki, uşaqlar balacadır. Ali təhsillidir. Uşaqlara baxmaq üçün anam bizə kömək edir. Tanışlığımızın ilk günündən, hətta nişanlananda belə ona söz vermişdim ki, işləməyinə mane olmayacağam".
 
Xilqət Əliyev də gənc ailə sahibidir. İki övlad anası olan həyat yoldaşı ilə imtahan həyəcanı yaşayır. Deyir ki, Biləsuvardan Bakıya böyük ümid və həyəcanla gəlib: "Gəlmək də, bu qərarı vermək də çətin olmadı. Çünki özünün işləmək həvəsi var. Mən də icazə verdim. Özüm gətirdim ki, işləmək üçün özünü sınasın. Çox istəyirəm ki, yaxşı şagirdlər yetişdirib örnək olsun. Əsas odur cəmiyyətə faydalı işlə məşğul olsun. Valideynlərim də mane olmadı. Əslində onlar da bəyəndilər. Uşaqlarım 6 və 4 yaşlarındadır. Maddi sıxıntımız da yoxdur. Bütün ailələrdə bəzən çətinliklər olur, gərək anlayışla bir-birimizə dəstək olaq".
 
Gündəlik həyatımızda adiləşən ailədaxili münaqişələr, gəlin-qayınana münasibətləri fonunda bu mənzərəni çəkib olduğu kimi tamaşaçılara təqdim etmək böyük zövq verir.
 
Hər bir ailəyə uğur, ruzi, sevgi dolu həyat diləyi ilə!





Xəbəri paylaş

1 1948 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___