Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev Lixtenşteyn parlamentinin sədrini qəbul etdi
Tarix: 27-06-2015 | Saat: 16:32
Bölmə:M / Karusel / Siyasət / M2 | çapa göndər

İlham Əliyev Lixtenşteyn parlamentinin sədrini qəbul etdi
Albert Frik Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə təbrikini çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Lixtenşteyn parlamentinin sədri Albert Friki qəbul edib.

Xeberaz.az xəbə verir ki, ANS PRESS-in məlumatına görə, Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə dövlət başçısını təbrik edən Lixtenşteyn parlamentinin sədri Albert Frik bütün iştirakçılara, o cümlədən Lixtenşteyn idmançılarına yaradılan şəraitə görə minnətdarlığını ifadə etdi. Albert Frik ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğuladı. Azərbaycanda və Lixtenşteyndə mövcud olan siyasi və iqtisadi sabitliyin önəmini qeyd edən qonaq iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu dedi.

Birinci Avropa Oyunlarının əhəmiyyətinə toxunan dövlətimizin başçısı bu Oyunları Avropanın idman tarixində böyük hadisə kimi dəyərləndirdi. Prezident İlham Əliyev bildirdi ki, beynəlxalq Olimpiya Komitəsinin üzvləri və bütün qonaqlar birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyini və bu Oyunların Yay Olimpiya Oyunları səviyyəsində olduğunu bildirirlər.

Dövlət başçısı Azərbaycanın Lixtenşteyn ilə ikitərəfli münasibətləri genişləndirməkdə maraqlı olduğunu söylədi. Ölkələrimiz arasında münasibətlərin siyasi, iqtisadi, sərmayə qoyuluşu, parlamentlərarası əlaqələr və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayan Prezident İlham Əliyev əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi və nəzərdən keçirilməsinin önəmini qeyd etdi.


Xəbəri paylaş

5528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___