Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Polad Bülbüloğlu: "Ümid edirəm silahların istifadəsinə ehtiyac olmayacaq” (VİDEO)
Tarix: 27-06-2015 | Saat: 16:29
Bölmə:M / Karusel / Siyasət / M2 | çapa göndər

Polad Bülbüloğlu: "Ümid edirəm silahların istifadəsinə ehtiyac olmayacaq” (VİDEO)
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 97-ci ildönümü Rusiyanın paytaxtı Moskvada da qeyd olunub.

ANS TV-nin məlumatına görə, Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən keçirilən təntənəli
mərasimdə xarici ölkələrin səfirləri, hərbi attaşeləri, Rusiya və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu siyasi-diplomatik səylərə baxmayaraq Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmadığına diqqət çəkərək ordumuzun istənilən zaman torpaqları işğaldan azad etməyə qadir olduğunu deyib.

“Bu gün ordumuz həqiqətən çox yaxşı silahlanıb. Ən müasir silahları təmin etmişik. Bakıda keçirilən hərbi paradlarda da hərbi gücümüz nümayiş olunur. Ümid edirəm ki, bu silahların heç bir zaman istifadəsinə ehtiyac olmayacaq”.

Azərbaycanın Rusiyadakı yeni təyin edilmiş hərbi attaşesi polkovnik Rac Babayev isə Rusiya-Azərbaycan hərbi əməkdaşlığının uğurla inkişaf etdiyini və Azərbaycan Ordusunun zabitlərinin əsas hissəsinin Rusiyada hazırlıq keçdiyini qeyd edib.

Türkiyənin Rusiyadakı səfiri Ümit Yardım isə bildirib ki, Türkiyə və Azərbaycan orduları sadəcə öz ölkələrində deyil, bütün dünyada beynəlxalq sistem içində təhlükəsizliyin və sülhün zəmanətçisi olan iki ordudur.

MDB Müdafiə Nazirləri Katibliyinin şöbə rəisi Pleg Pivin isə MDB formatında hərbi əməkdaşlıq üçün Azərbaycan müdafiə naziri və Hərbi Baş Komandanına öz minnətdarlığını bildirib. Bugün Azərbaycan Silahlı Qüvvələri müxtəlif istiqamətlərdə hərbi əməkdaşlığı genişləndirir. Bu birgə hərbi təhlükəsizlik sistemindən insani yardıma qədər bütün sahələri əhatə edir.

Sonda Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 97-ci ildönümü şərəfinə qonaqlara ziyafət verilib.


Xəbəri paylaş

6268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___