"Rusiyanın atacağı addım onun Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətini göstərəcək"
Tarix: 25-07-2017 | Saat: 11:41
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
"Soçi görüşündən sonra Rusiyanın atacağı addım onun Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətini göstərəcək".
Bunu politoloq Qabil Hüseynli Azərbaycan və Rusiya prezidentlərinin iyulun 21-də Soçidə keçirilən görüşünü şərh edərkən deyib.
Soçi görüşü zamanı Dağlıq Qarabağ münaqişəsi, eləcə də iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyini deyən Q.Hüseynli bildirib ki, son zamanlar münaqişənin həllində BMT-nin, eləcə də ATƏT-in fəallığı xeyli artıb.
Politoloq hesab edir ki, belə xarici təşəbbüslər fonunda Rusiyanın Cənubi Qafqazdakı mövqeyi, imici ciddi ziyan çəkə bilər: "Dağlıq Qarabağın statusu məsələsində həm ruslar, həm də ermənilər həddən artıq müzakirələr aparırlar. Bu baxımdan hesab edirəm ki, Rusiya prezidenti bundan sonra Ermənistan prezidentini qəbul edəcək və bu məsələləri onunla da müzakirə edəcək. Çünki əsas məsələ ümumi kompromisin əldə edilməsidir".
Q.Hüseynli qeyd edib ki, Rusiya aprel döyüşlərindən sonra olduğu kimi, Soçi görüşündə də status-kvonun dəyişdirilməsinə, lazımi kompromisləri əldə etməyə çalışacağına söz verib.
Xəbəri paylaş
5738 dəfə oxunub.
Digər xəbərlər

24-02-2016, 15:01
1940 dərman yeni qiymətlərlə satılacaq - Sabahdan
24-07-2017, 10:42
Ermənilərin növbəti yalanı ilə bağlı - MN-dən açıqlama
22-03-2015, 13:25
Təhsil Nazirliyindən yenilik
4-04-2016, 22:25
Araz Əzimov: Atəşkəs böyük əhəmiyyət kəsb edir
16-11-2016, 11:15
54 yaşlı kişi özünü qaz borusundan asdı
15-06-2022, 11:51
“Badü Kübə” MTK-nın sahibinə AĞIR İTTİHAM: “Məni ölümlə hədələyir” – Şəhid ailəsinin üzvü
31-07-2018, 17:46
İsraildə fələstinli şairə şeirinə görə həbs edildi
21-10-2016, 02:10
Bu ulduz Yer kürəsini məhv edəcək
16-04-2016, 21:00
İstanbulda ticarət mərkəzində atışma - YENİLƏNİB
4-07-2017, 16:58
"Bıçaq soxdum, bağırsaqlarım yerə töküldü, özümü zəhərlədim, ölmədim" - 40 illik arvadını öldürən şəxs - VİDEO - FOTO