Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dünya məşhurları Heydər Əliyev Mərkəzində - (FOTO)
Tarix: 27-06-2015 | Saat: 14:17
Bölmə:M / Gündəm / M2 / Texnologiya | çapa göndər

Dünya məşhurları Heydər Əliyev Mərkəzində - (FOTO)
Onların sərgilərini izləmək fürsəti var.

İstirahət günlərində Heydər Əliyev Mərkəzində dünyanın məşhur sərgilərini izləmək fürsəti var. Belə ki, Heydər Əliyev Mərkəzi hazırda fərqli mövzularda sərgilər təqdim edir.

Xeberaz.az Oxu.Az-ın məlumatına görə,xəbər verir ki, ziyarətçilər Mərkəzdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən Muzeylə, Azərbaycan mədəniyyəti və ənənələrini, memarlıq abidələrini əks etdirən sərgilərlə (“Azərbaycan inciləri: tarixin axarında”, “Mini Azərbaycan”) tanış ola bilərlər.

Mərkəzdə, həmçinin müxtəlif ölkə və xalqların incəsənət nümunələri təqdim olunur. Sənətsevərlər burada belçikalı rəssam Vim Delvuanın əsərlərini, “Qreys Kelli: şahzadə və stil ikonası” və Türkiyənin görkəmli rəssamlarının sərgilərini izləyə, yapon rəssam Yayoi Kusama, böyük britaniyalı heykəltəraşlar Toni Kreqqin “Nəzər nöqtələri” və Aniş Kapurun “Parabolik bükülmə” əsərlərinə tamaşa edə, “Ceyranlar”, “Gracking art” sərgiləri ilə tanış ola bilərlər. Ziyarətçilər “Klassik avtomobil sərgisi”ni izləməklə avtomobil sənayesinin inkişaf tarixinə ekskursiya edəcəklər.

Heydər Əliyev Mərkəzinin daimi ekspozosiyasındakı əsərlər sırasına daha bir neçə əsər daxil olub. İzləyicilər hazırda Mərkəzdə Jaume Plensanın “Avtoportret”, Jan-Mişel Otonyelin “Adsız (Özü taxılan qara boyunbağı)”, Mariko Morinin “Tsiklik-1” əsərlərini izləyə bilərlər.

Mərkəzdəki Muzey və sərgilər çərşənbə axşamı-cümə günlərində saat 11:00-dan 19:00-dək, şənbə-bazar günləri saat 11:00-dan 18:00-dək açıq olur. Kassa isə çərşənbə axşamı-cümə günlərində saat 11:00-dan 18:00-dək, şənbə-bazar günləri saat 11:00-dan 17:00-dək işləyir.

Qeyri-iş günləri ilə əlaqədar isə Heydər Əliyev Mərkəzindəki Muzey və sərgilər iyunun 26-sı, 27-si və 28-də saat 11:00-dan 18:00-dək işləyəcək. Kassa isə qeyd olunan günlərdə saat 11:00-dan 17:00-dək açıq olacaq.

Biletlər barədə məlumatı Mərkəzin kassasından (tel: 012 505 60 03) və Mərkəzin saytında bilet satış bölməsindən (http://heydaraliyevcenter.az/#26_E-Bilet) əldə etmək olar.








Xəbəri paylaş

5908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___