Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısında aksiya keçiriləcək
Tarix: 27-06-2015 | Saat: 14:13
Bölmə:M / Karusel / Siyasət / M2 / Foto-fakt | çapa göndər

Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısında aksiya keçiriləcək
Facebook-da xüsusi səhifə açılıb.

Tbilisinin Ortaçala rayonunda Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısında iyun ayının 27-də Qax rayonunda yerləşən Svyatoy Georgi kilsəsinin keşişi, arximandrit Demetreyə (Tetruaşvili) dəstək aksiyası keçiriləcək.

Xeberaz.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə informasiya sosial şəbəkələrdə yayılıb.

Arximandrit Demetreni dəstəkləmək üçün Facebook-da “Arximandrit Demetreyə dəstək cəmiyyəti” yaradılıb.

Cəmiyyətin müraciətində əsasən planlaşdırılmış aksiyanın dinc xarakter daşıyacağı və onun əsas məqsədinin arximandrit Demetrenin öz fəaliyyətini davam etdirməsinə vasitəçilik olması qeyd edilir.

İyunun 21-də Azərbaycanın Qax rayonunda yerləşən Svyatoy Georgi kilsəsinin keşişi, arximandrit Demetre Gürcüstandan Azərbaycana qayıdarkən “Laqodexi-Balakən” keçid məntəqəsində saxlanılıb, azərbaycanlı sərhədçilər onun ölkəyə girməsinə izin verməyiblər.

Qeyd edək ki, Azərbaycan tərəfinin açıqlamasına görə, yerli qanunvericilikdə tənzimlənmə sərtləşdirilib, bu tənzimləməyə əsasən Azərbaycan ərazisində ruhanilər yalnız Azərbaycan vətəndaşı ola bilər, məhz bu, keşişə Azərbaycan ərazisinə keçməsinə etiraza səbəb olub.

Həmçinin bildirək ki, bir müddət Azərbaycan tərəfi Gürcüstan pravoslav kilsəsi üçün güzəşt edirdi, halbuki bütün digər dini konfessiyaların din xadimləri Azərbaycan vətəndaşlarıdır. Gürcü tərəfinin xahişi əsasında 2015-ci ilin iyun ayının 1-də Azərbaycan tərəfi bir neçə dəfə yuxarıda göstərilən qanunun yerinə yetirilməsi üçün tələbini bir neçə dəfə təxirə salıb.


Xəbəri paylaş

5738 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___