Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“ASAN xidmət” BMT-nin mükafatı ilə təltif edildi - FOTO
Tarix: 27-06-2015 | Saat: 13:58
Bölmə:M / Karusel / İqtisadiyyat / M2 / Fotogalereya | çapa göndər

“ASAN xidmət” BMT-nin mükafatı ilə təltif edildi - FOTO
İnam Kərimov görüşlər keçirib.

2015-ci il iyunun 26-da Kolumbiyanın Medellin şəhərində 2015-ci il Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətlərinin göstərilməsi sahəsində qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

“ASAN xidmət” “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub.

xeberaz.az Oxu.Az-a istinad xəbər verir ki, forum çərçivəsində həmçinin dövlət xidmətləri üzrə beynəlxalq sərgi təşkil olunub. Sərgidə ən çox “ASAN xidmət”iştirakçıların marağına səbəb olub və bu model tədbir təşkilatçıları tərəfindən dövlət xidmətlərinin göstərilməsi baxımından unikallığına görə xüsusilə qeyd edilib.

Kolumbiyaya səfər çərçivəsində Dövlət Agentliyinin sədri İnam Kərimov BMT-nin Baş katibinini qtisadi inkişaf məsələləri üzrə müşaviri Lenni Montiel və Kolumbiyanın Dövlət Xidmətləri üzrə Agentliyinin direktoru Liliana Caballero ilə görüşüb.

Görüşlərdə müvafiq sahəninin kişafı üçün “ASAN xidmət” təcrübəsindən faydalanmaq, habelə ikitərəfli əməkdaşlıq vətərəfdaşlıq perspektivləri müzakirə edilib.

Xatırladaq ki, iyunun 23-dən 26-dək Kolumbiyanın Medellin şəhərində BMT-nin Dövlət Xidmətləri üzrə Forumu keçirilib.

Tədbirin keçirilməsind əməqsəd ənənəvi olaraq BMT-nin 2015-ci ildə dövlət xidmətlərinin göstərilməsi sahəsində ən uğurlu modellərin təqdim edilməsi və mükafatlandırılmasıdır.

Eyni zamanda Forum vasitəsii lə “ASAN xidmət” və mükafata layiq görülmüş digər modellərin uğurlu təcrübəsinin dünyanın müxtəlif ölkələrində tətbiqi təşviq olunur.

Bu il ki Forumda dünyanın müxtəlif ölkələrindən aparıcı nazirliklərin və təşkilatların rəhbərləri, beynəlxalq ekspertlər, kütləvi informasiya vasitələri və işgüzar dairələrin 1000-dən çox nümayəndəsiiştirak edib.





Xəbəri paylaş

1 5468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___