İmtahanı təxirə salınmış abituriyentlərə güzəşt olunacaq? - AÇIQLAMA
Tarix: 24-07-2017 | Saat: 11:46
Bölmə:M / Karusel / Gündəm / Təhsil | çapa göndər
"İyulun 22-də Azərbaycan Kooperasiya Universitetində baş vermiş yanğın səbəbindən burada I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında iştirak edən abituriyentlər üçün bütün sual kitabçaları yenidən tərtib olunacaq".
Bu barədə Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə bildirib.
Onun sözlərinə görə, DİM həmin abituriyenlər üçün iyulun 27-də imtahan təşkil edəcək: "Abituriyentlər cavab kartlarını adətən imtahanın sonunda doldururlar. Azərbaycan Kooperasiya Universitetinin binasında keçirilən imtahan zamanı abituriyentlərdən heç biri cavab kartını doldurmayıb. Ona görə də orada iştirak edən bütün abituriyentlər iyulun 27-də keçirilən qəbul imtahanında iştirak edə bilər. Bütün sual kitabçaları yenidən tərtib olunacaq və həmin abituriyentlərə hansısa güzəşt olmayacaq. Həmin abituriyentlər üçün "İmtahana buraxılış vərəqəsi" iyulun 25-də gün ərzində Dövət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək".
DİM rəsmisi onu da qeyd edib ki, iyulun 22-də keçirilən qəbul imtahanın cavabları yaxın iki gün ərzində açıqlanacaq: "Dünəndən etibarən protokolların və cavab kartlarının emalına başlanılıb".
Xatırladaq ki, imtahan zamanı Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda - idman zalında elektrik naqillərində yanğın baş verib. Hər kəs binadan təxliyyə olunub. Hadisə nəticəsində bir neçə abituriyent və nəzarətçi müəllim zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Xəbəri paylaş
6968 dəfə oxunub.
Digər xəbərlər

1-10-2016, 16:41
Zığ-Hövsan yolunun bir hissəsi bağlanır
9-06-2016, 13:32
Əziz Əzizov “taxta biznesi” ilə də məşğul olur
10-01-2018, 16:04
Sosial şəbəkələrdə İNTİM TƏKLİFLƏR - Hər seksual şəkilə, hər açıq-saçıq sözə İNANMAYIN!
24-03-2017, 11:35
Sosial şəbəkədə canlı yayım aparan qız FACİƏYƏ səbəb oldu: özü öldü, 6 nəfər yaralandı - VİDEO
5-06-2017, 14:47
Bu qarışıqdan vurun, TƏRLƏMƏYƏCƏKSİNİZ - XALQ TƏBABƏTİ
6-06-2016, 14:44
QRU UTX həbsxanasını partlatmaq istəyib – Rəsmi
27-05-2023, 17:20
Hava ilə bağlı əhaliyə ciddi XƏBƏRDARLIQ
29-05-2022, 06:43
ONU MÜĞƏNNİLƏRDƏN FƏRQLƏNDİRƏN NƏDİR?