Lapşinə hökm oxundu - Təcili
Tarix: 20-07-2017 | Saat: 11:46
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan blogger Aleksandr Lapşinin işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Lapşin 3 il müddətinə azadlıqdan məhrim edilib.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı A.Lapşinin 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama əsasən, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.
O, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın ərazisi - Dağlıq Qarabağda yaradılmış qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus "http//puerrtto.livejournal.com" səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib. A.Lapşin Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.trend
Xəbəri paylaş
8018 dəfə oxunub.
Digər xəbərlər

5-04-2018, 17:26
AMEA-nın 6 aliminə 5 min manat mükafat veriləcək - SİYAHI
10-06-2015, 14:35
Avropa Olimpiya Komitəsinin prezidenti (AOK) Patrik Hikki Bakıya gəlib.
9-06-2015, 22:54
Xoşqədəm canlı yayımda əsəbiləşdi: Mən də türklə ailəliyəm (VİDEO)
21-06-2015, 14:55
Narazi müşdərinin qisasi (video)
28-07-2016, 13:35
Soyunan aparıcı AzTV-dən ayrıldı
15-11-2015, 21:01
Putinlə Obama arasında qısa görüş olub
28-04-2016, 20:04
Tərtər başçısı: "Sığınacaqlar hazır vəziyyətdədir"