Riqada Azərbaycan və Latviya prezidentlərinin təkbətək görüşü olub
Tarix: 17-07-2017 | Saat: 12:15
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Latviya prezidentinin iqamətgahında – “Riqa” qəsrində Azərbaycan prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı qəsrin qarşısında Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Latviya prezidenti Raymonds Veyonis Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb.
Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Latviyanın dövlət və hökumət nümayəndələri Azərbaycan prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Latviya prezidenti Raymonds Veyonisə təqdim olunub.
Prezidentlər rəsmi foto çəkdiriblər.
Azərbaycan prezidenti İlham Əliyev “Riqa” qəsrinin “Gerblər” salonunda Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Sonra hədiyyələr təqdim edilib.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və Latviya prezidentlərinin təkbətək görüşü olub. Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Azərbaycan prezidentinin Latviyaya rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb, bu əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə edilib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş
7118 dəfə oxunub.
Digər xəbərlər

26-09-2016, 15:05
100 yaşlı seçici səs verdi - “Ən böyük arzum növbəti seçkilərdə...”
13-08-2015, 13:10
Nazirlik gecikdirilmiş maaşları ödətdirdi
12-08-2016, 12:31
Kilsədə İsanın heykəli gözünü açdı-yumdu – VAHİMƏLİ VİDEO
25-07-2016, 09:22
Şakir Abbas Xalq artistə hansı titul verdi? FOTO
13-10-2020, 11:37
Türkiyədə 110 hərbçi dövlət çevrilişində şübhəli bilinir
14-09-2018, 20:32
Türkiyədə saxlanılan azərbaycanlı dilənçi hər kəsi heyrətləndirdi - FOTO
4-03-2016, 10:03
Ödənişli parkinqlərdə evakuasiya problemi – VİDEO
19-09-2017, 14:07
1-ci mikrorayonun yenidən qurulması ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
21-07-2015, 21:13
İranda sel binanı belə apardı (VİDEO)