Ədliyyə Nazirliyinin səlahiyyətlərindən biri ləğv olunub
Tarix: 26-06-2015 | Saat: 19:44
Bölmə:M / Karusel / Siyasət / M2 | çapa göndər
Azərbaycan Nazirlər Kabineti özünün dörd qərarına dəyişiklik edib.
Xeberaz.az -ın məlumatına görə, dəyişiklik edilən qərarlar siyahısına "İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”, "İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”, "İnsan alveri qurbanlarına kömək Fondu haqqında Əsasnamə”si və "İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları” daxildir.
Dəyişiklik sənədinə əsasən, Ədliyyə Nazirliyinin insan alveri qurbanlarına hüquqi yardım göstərmə səlahiyyəti ləğv edilib.
Bundan başqa, dəyişiklikdə insan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının qurbanlara hüquqi yardımın göstərilməsinə, o cümlədən onların sosial reabilitasiyasına və qurbanlar üçün xüsusi müəssisələrin (sığınacaq və yardım mərkəzi) fəaliyyətinin təşkil edilməsinə daha yaxından cəlb edilməsi nəzərdə tutulur. Həmçinin dəyişikliyə insan alveri qurbanlarının sosial reabilitasiyası üzrə tədbirlərə müqavilə əsasında ştatdan kənar mütəxəssislərin cəlb еdilməsi, insan alveri qurbanlarına göstərilən xidmətlərin nəticələrinin qeydə alınması və istifadəsi üçün konfidensial elektron məlumat bazasının yaradılması, İnsan alveri qurbanlarına kömək Fondu sədrinin hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlaması (məhkəmələrdə iddiaçı və cavabdeh kimi çıxış etmək, Fondun adından tələb və iddialar irəli sürmək üzrə) daxildir.Movqe.az
Xəbəri paylaş
5518 dəfə oxunub.
Digər xəbərlər

24-04-2017, 14:58
Ardıcıl 7-ci çempionluq
3-08-2015, 21:04
Bərdədə 13 yaşlı uşaq göldə batdı
18-08-2016, 13:16
Usubov: "Bu, əlamətdar gün kimi tarixə düşəcək"
18-09-2017, 12:43
“O, “Qarabağ”la oyunda çox güc sərf etmişdi” – Konte
19-04-2016, 12:54
Gənc yazarlar bir araya gəldi - Fotolar
4-04-2023, 09:01
Ən şorgöz, ağıllı və güvənilən bürclər - QOROSKOP
15-05-2017, 10:38
İslamiada üçün suvenirlər neçəyədir? - Qiymətlər açıqlandı - FOTO
4-07-2017, 16:16
“VAZ-2107”-də zorla İNTİM MÜNASİBƏT: qızı maşına mindirdi, kəndə apardı... - QAZAXDA